İyulun 21-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Bilgəh İstirahət Mərkəzində Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə keçirilən “Kiber Yay Məktəbi 2025”in rəsmi açılış mərasimi baş tutub.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə açılış nitqi ilə çıxış edən AKTA-nın İdarə Heyətinin sədri Pənah Musayev bildirib ki, artıq 4-cü dəfədir keçirilən yay məktəbi İslam Əməkdaşlıq Təşkilatının rəsmi kibertəhlükəsizlik platforması olan OIC-CERT tərəfindən “Qlobal Təhlükəsizlik Mükafatı”na layiq görülüb. Pənah Musayev təlimlərə qardaş Türkiyədən də iştirakçıların qatıldığını bildirib. Təlimlər Bakı Ali Neft Məktəbində keçiriləcək.

Daha sonra “Kiber Yay Məktəbi 2025”in keçirilməsi təşəbbüsünə dəstək verən DTX Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi, general-mayor Davud Rüstəmov qeyd edib ki, təlimlərə kibertəhdidlərə qarşı ən son metodlarla mübarizə təcrübəsinə malik mütəxəssislərlə dəstək verməyə hazırdır.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, kibertəhlükəsizlik və rəqəmsal istiqamət gənclərin gələcəkdə ixtisas seçimlərinə təsir edəcək. Elmar Qasımov informasiya texnologiyaları üzrə ölkədə savadlı kontingentin formalaşdığını da vurğulayıb.

2021-ci ildə keçirilmiş Kiber yay məktəbi çərçivəsində təşkil edilən CTF yarışında qalib olaraq kiber qəhrəman titulu qazanmış və hazırda dünyanın yüksək nüfuzlu universitetlərindən sayılan Kolumbiya Universitetində kompüter elmləri üzrə təhsil alan Mehdi Rəsulov kiberdüşərgə ilə bağlı təəsüratlarını bölüşüb.

Tədbirdə iştirak edən DTX-nin Heydər Əliyev adına Akademiyasının rəisi, general-mayor Elşad Nəsirov informasiya əsrində kibertəhlükəsizlik istiqamətinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq hibrid təhdidlərlə mübarizə metodlarının öyrənilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev və Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev çıxışlarında yay məktəbinin iştirakçılarına uğurlar diləyərək, tövsiyələrini veriblər.

Daha sonra Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz çıxış edərək yay məktəblərinin keçirilməsinin ölkədə kibertəhlükəsizlik üzrə ixtisaslaşmış gənclərin formalaşmasında mühüm rol oynadığını qeyd edib.

Rəsmi açılış mərasimindən sonra şirkətlər tərəfindən təqdimatlara start verilib. “Crowdstrike” şirkətinin regional meneceri Sübhan Şərifov və AKTA-nın tərkibində fəaliyyət göstərən kiberdiasporun aktiv üzvü, “Amazon Web Services” şirkətinin meneceri Elşən Həsənov təqdimatla çıxış ediblər.

AKTA-nın İcraçı direktoru Rauf Cabbarov bildirib ki, layihənin əsas məqsədi kibertəhlükəsizlik sahəsində ixtisaslı kadrların hazırlanması, gənclərin bu istiqamətdə maarifləndirilməsi, beynəlxalq əməkdaşlıq və şəbəkələşmənin təşviqidir. O, vurğulayıb ki, Yay məktəbinə Azərbaycan və Türkiyədən 130 iştirakçı qatılıb. Onlardan 57 nəfəri yerli universitetlərdə AKTA-nın təşəbbüsü ilə yaradılan Kiber Klublarının üzvləridir.

Yay məktəbi müddətində iştirakçılar üçün hər gün intensiv təlimlər, praktiki məşğələlər, ekspertlərlə görüşlər, master-klaslar, həmçinin “Capture The Flag” adlı real ssenariyə əsaslanan kiberyarış təşkil olunacaq. Təlimlər Azərbaycan və ingilis dillərində aparılacaq və tələbələr “Red Team” və “Blue Team” formatında qruplara bölünərək, fərqli ssenarilər üzərində çalışacaqlar.

Yan tədbirlər sırasına Kiber Təhsil Forumu, AKTA ekspertlərinin açıq havada “meet-up” tədbiri, Kiber diaspor üzvlərinin master-klasları daxildir.

Tədbirin əsas tərəfdaşları “Caspel” “Crowdstrike”, “CaspianTech”, Bakı Ali Neft Məktəbi, sponsorları “Techpro”, “MegaSec”, ESET, “Crocusoft”, “Rabalon” şirkətləridir. CTF yarışları YER hostinqin, təhsil yarışları isə “Code Academy” və MilliSec-in tərəfdaşlığı ilə baş tutacaq.

“Kiber Yay Məktəbi 2025” iyulun 26-dək davam edəcək.














Son xəbərlər

Sabunçunun bəzi ərazilərində qaz olmayacaq

“Sabah” ÇL-də həlledici oyuna çıxır

Bu şəhərdə 1 avroya evlər satılır - Fotolar

Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbulumuzu keçirdik - FOTOLAR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tramp Kanada rəhbərliyini “təlxək” adlandırdı

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Fransada fırtına olub, 26 nəfər xəsarət alıb

“İnsanlar yox olurlar” - İlon Mask

Bu tarixdə boş qalan plan yerlərinə qəbul aparılacaq

15 yaşlı azərbaycanlı göldə boğulub öldü

Bakıya 600 israilli gələcək - SƏBƏB

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

SÖZÜN İŞIĞINDA YAŞAYAN ŞAİR

İlqar Həsənov – sözün də, dostluğun da baməzə adamı

DSK-da kadr dəyişikliyi - Bu vəzifə ləğv edildi

Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı

Lilpar Cəmşidqızı : QƏZƏL

Novruzəli Aslanov: “Daşkənddə imzalanan sənədlər Azərbaycan-Özbəkistan əməkdaşlığının hüquqi bazasını genişləndirir”

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb

Yeni tədris ili üzrə 44 mindən çox uşaq bağçalara qəbul olub

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - YENİLƏNİB

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar

Arvadı intihar deyirdi, polis qətl olduğunu müəyyən etdi

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31