
Xəbərlər
25.05.2020, 14:04
İdmanı həyat tərzi bilən gənclərimiz.
Hər bir əziyyətin sonu böyük uğur və mükafatdır. Bu uğuru qazanmaq üçün qarşına məqsəd qoyub,çalışmaq və irəliləmək böyük iradə istəyir. İdmanda,məşq zallarında əziyyət çəkən,məşqi bir gün belə dayandırmayan Ismayıllı rayonundakı gənclərimizdən, 2000-ci il təvəllüdlü ləzgi əsilli Tərlan Qarmıqovun və 2003-cü il təvəllüdlü Elşad Elşən oğlu Abbaszadənin idmana olan marağı sonradan həyat tərzinə çevrilərək idmançı kimi yetişməsinə səbəb olmuşdur. Gənc idmançılarımız Respublikada keçirilən cüdo yarışlarında iştirak edərək yüksək yerlərdən birini tutmuş və mükafat qazanmışlar. T.Qarmıqov və E.Abbaszadə idman yarışlarında iştirak edib, uğur əldə etmək üçün daima peşəkar məşqçiləri dinləyir və onların təcrübələrindən yararlanırlar. Bu gənc idmançılarımıza uğurlar diləyib, böyük yarışlarında daima yüksək yerlərdən tutub ölkəmizin üçrəngli bayrağını zirvələrə qaldırmalarını arzu edirəm.
Samir Xanaliyev (xüsusi müxbir)

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











