900-dən çox məscid Ərdoğanın əlindən alınır

Almaniyada bir neçə federal torpaq müsəlmanlara “məscid vergisi” qoyacaq
Bizimyol xəbər verir ki, Almaniya federal torpaqlarının hakimiyyət orqanları məscidləri yerli müsəlman əhalinin maliyyələşdirməsinə xidmət edən vergi qoyulmasını nəzərdən keçirir. Bu haqda Almaniyanın Die Welt nəşri yazıb. Bir neçə federal orqanın idarəçiləri hesab edir ki, bu ölkədə olan məscidləri burada yaşayan müsəlmanların özləri maliyyələşdirməlidir. Buna görə də Almaniyanın başqa dini icmalarından “kilsə vergisi” alındığı kimi, yerli müsəlmanlardan da “məscid vergisi” tutmaq istəyirlər. Yerli müsəlman əhalidən toplanacaq bu vergi ilə məscidlər maliyyələşəcək. Bundan məqsəd yerli müsəlman əhalinin xarici təsirdən qorunmasıdır; məqalədə deyildiyinə görə, məscidlərin xaricdən maliyyələşməsi radikallaşmaya və “antidemokratik baxışların yayılmasına” səbəb olur.

İslahatın ilk addımı kimi müsəlmanların ibadət evlərinin qeydə alınmasıdır; başqa dini icmaların artıq belə bir uçotu aparılır. Hazırda isə dövlət qeydiyyatı məcburi deyil. Bu gün üçün Almaniyada 900-dən çox məscid Türkiyənin dini idarələrinə bağlı olan Dini Qurumların Türk-İslam Birliyinə (DQTİB) məxsusdur. Nəşrin yazdığına görə, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Almaniyaya “dini və siyasi təsir məqsədilə” imamlar göndərir. Ötən ilin sentyabrında Prezident Ərdoğan şəxsən Kölnə gələrək yeni şəhər məscidinin açılışında iştirak edib. Bu, Avropada ən böyük məsciddir və Türkiyə onun tikintisinə 30 milyon avrodan çox pul xərcləmişdi.

Məqalədə göstərilir ki, Almaniya Federativ Respublikasının bu və ya başqa dini icmalara məxsus olan vətəndaşları öz gəlirləinin 8-9 faizi miqdarında “kilsə vergisi” verirlər. Ateistlər, işsizlər, aztəminatlılar, tələbələr və pensiyaçılar bu vergidən azaddırlar. Müsəlmanlar üçün isə bu günə qədər belə vergi tətbiq edilməyib.

Son xəbərlər

Hikmət Məlikzadə : Yaxşılıq itmir...

İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib

Məlahət Behbudqızı ✍️ : Ümid ölməz - FOTO

FHN həftəsonu isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

Azərbaycan UEFA reytinqində 26-cı pillədə qərarlaşıb

SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib

Azərbaycan neftinin qiyməti 109 dolları keçib

Şamaxı rayonunda zəlzələ olub

160 milyon manatdan çox maliyyə pozuntusu aşkarlanıb - Palata sədri

“Revanş oyununa çox ümidliyik” - ÇSKA-nın baş məşqçisi

"Qodzilla"nın 18 yaşlı ulduzu faciəvi şəkildə öldü

Avropa Liqası: "Beşiktaş" qələbə ilə başlayıb

PÜSTƏ RƏVAN : AĞRIMA ÜRƏYİM AĞRIMA - FOTO

“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?

Qəmə yar olmadı biganə olandan sonra - FOTO

Yeni söz , yeni nəfəs axtarışında- FOTO

Bir qərib sevdadan xatalı oldum - Sevinc Yunuslunun şeirləri

Dənizə gedərkən zəhərlənməyin - ARAŞDIRMA

QOŞMA ƏDƏBİ MƏCLİSİnin növbəti tədbiri keçiriləcək.

Engin Altanın yeni işi bilindi

Məşhur azərbaycanlı sənətkarların qızı ABŞ-də assosiasiya prezidenti seçildi

"Qarabağ" - ÇSKA oyununda qalib müəyyənləşməyib - YENİLƏNİB

Pişiyinin hücumuna məruz qaldı - Fotolar

"Çəhrayı pantera" ilə tanınan ifaçı vəfat etdi

ANCA, lobbi və "dostları" Ermənistana qarşı - sülhsevər olmayan konqresmenlər - ŞƏRH

Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir

AQP: Tikinti bazarı "mülayim artım və sabitlik" mərhələsindədir

Sabah Biləsuvarın 7 kəndində qaz olmayacaq

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031