5 İyun - Ümumdünya Ətraf Mühit Günü münasibətilə Samur–Yalama Milli Parkında “Plastikdən istifadəni azaldaq: yerli səylər, qlobal təsirlər” mövzusunda tədbir keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin məqsədi ətraf mühitin mühafizəsinə diqqət yönəltmək, ictimaiyyəti ekoloji məsuliyyətə cəlb etmək və bu sahədə davamlı təşəbbüsləri dəstəkləmək olub.

Tədbirdə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, “Təmiz Şəhər” ASC-nin İdarə heyətinin sədri Etibar Abbasov, Aqrar, Ekologiya və Su Təsərrüfatı işçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin sədr müavini Telman Quliyev çıxış edərək ətraf mühitin mühafizəsinin ölkə üçün prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb, xüsusilə də gənc nəslin ekoloji düşüncə tərzinin formalaşdırılmasının vacibliyini qeyd ediblər.

Tədbir çərçivəsində aidiyyətli dövlət və özəl qurumların nümayəndələrinin, həmçinin ekoloji ekspertlərin iştirakı ilə ətraf mühitin mühafizəsi və plastik çirklənməyə qarşı mübarizə mövzusunda dəyirmi masa təşkil olunub. Müzakirələrdə plastik tullantıların ətraf mühitə təsiri, maarifləndirmə tədbirlərinin rolu və fərdi məsuliyyətin gücləndirilməsi kimi məsələlər ön plana çıxarılıb.

Eyni zamanda, məktəblilərin və könüllülərin iştirakı ilə ekoloji təlimlər, interaktiv sessiyalar və tematik master-klaslar təşkil olunaraq iştirakçılara ətraf mühitin qorunmasına dair praktik biliklər çatdırılıb.

Azərbaycan 2026-cı il iyunun 5-də BMT-nin Ətraf Mühit Proqramının (UNEP) xətti ilə keçiriləcək Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək. Həmin nüfuzlu tədbir ölkəmizin ətraf mühitin qorunması sahəsində qlobal təşəbbüslərə verdiyi töhfənin göstəricisidir.

Son xəbərlər

Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb

Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq

Sazın və Sözün Şirvan Zirvəsi

Salyanda avtoqəza olub, ölən və yaralananlar var

MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək

“Əsas müttəfiqiniz Mehriban xanımdır”

67 İcra Hakimiyyətinin pulu kəsildi

“Terminal işləmir” bəhanəsi ilə nağd pul istəyirlər? - Obyektləri bu cəza gözləyir

Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq

Sabah bəzi yerlərdə yağış yağacaq

Milli Məclisdə "Hərbi xidmət haqqında" yeni qanun layihəsinin hazırlanması təklif olunub

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Milli Məclisin plenar iclası başlayıb, iki yeni qanun layihəsi müzakirə ediləcək

Musa Yaqub dünyəvi şairdir - FOTOLAR

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Azərbaycan Premyer Liqasında IX tura bu gün iki oyunla start veriləcək

"Brent" markalı neftin qiyməti may ayından bəri ilk dəfə 114 dolları ötüb

Bu ərazilərdə işıq olmayacaq

Sumqayıtda YAP-ın VIII Qurultayı ilə bağlı müşavirə keçirildi - FOTOLAR

"Deha"dan sonra bu seriala çəkiləcək - FOTO

Sahibkar “Süni intellekt” adlı yeni siyasi partiya yaratdı

3 yaşlı uşaq traktorun qoşqusu altında qalaraq öldü

İtaliyadakı qıtlıq Merkeli şoka salıb

Meyvə və tərəvəzlərin qida dəyəri 50 faiz azalıb – XƏBƏRDARLIQ

Payızda yaz yaşayırıq – Alimlərin xəbərdarlıq etdiyi GİZLİ TƏHLÜKƏ

Sevinc YUNUSLU : Bağışla ilahi məni, bu gecənin xətrinə… - FORO

Bu serialın heyətində dəyişiklik ediləcək

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031