Xəbərlər
21.05.2025, 00:34
Çin növbəti beş il ərzində ÜST-ə əlavə 500 milyon dollar verəcək
Çin hakimiyyəti növbəti beş il ərzində Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 500 milyon dollar məbləğində əlavə maliyyə dəstəyi göstərmək niyyətindədir.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Çinin BMT-dəki daimi nümayəndəliyi məlumat verib.
“Çin növbəti beş il ərzində ÜST-ə 500 milyon dollar məbləğində əlavə maliyyə dəstəyi, o cümlədən Qlobal İnkişaf Fondu və Cənub əməkdaşlığı vasitəsilə layihələrə dəstək vermək niyyətindədir”, - deyə diplomatik nümayəndəlikdən bildirilib.
Daimi nümayəndəlik izah edib ki, Pekin təşkilatı qlobal səhiyyə idarəçiliyində aparıcı və əlaqələndirici rolunu yerinə yetirməkdə dəstəkləyir. O da qeyd olunub ki, tərəflər hələ də maliyyə dəstəyinin məqsədyönlü istifadəsinə dair razılığa gələ bilməyiblər.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay