Böyük Britaniya, Fransa və Kanada İsrail Qəzza zolağında döyüşləri dayandırmasa və anklavda mülki şəxslərə humanitar yardıma qoyulan məhdudiyyətləri aradan qaldırmasa, ona qarşı konkret tədbirlər görməyə hazır olduqlarını bildiriblər.

"Turaztv.az" "Report"-a istinadən xəbər verir ki, bu barədə Yelisey sarayının mətbuat xidməti üç ölkə liderinin birgə bəyanatına istinadən xəbər verir.

Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Kanadanın Baş naziri Mark Karni İsrailin Qəzzada hərbi əməliyyatları bərpa etməsinə qarşı sərt çıxış ediblər və İsrail hökumətini Fələstin anklavı ilə bağlı bəyanatlarına görə tənqid ediblər, həmçinin hazırkı bombardmanları “radikal hücuma cavab” hesab etdiklərini bildiriblər.

Qeyd edilib ki, onlar İsrailin Baş naziri Benyamin Netanyahu hökuməti Qəzza zolağında öz çirkin hərəkətlərini davam etdirdiyinə görə sakit dayanmayacaqlar.

"İsrail yeni hərbi hücuma son qoymasa və humanitar yardıma qoyulan məhdudiyyətləri aradan qaldırmasa, biz buna cavab olaraq konkret tədbirlər görəcəyik", - kommünikedə deyilir.

Liderlər, həmçinin İsrailin İordan çayının qərb sahilində yaşayış məntəqələrini genişləndirmək cəhdlərinə qarşı çıxış ediblər və belə tikintini qanunsuz adlandırıblar.

"İsrail qanunsuz məskunlaşma siyasətinə son qoymalıdır. Məqsədli sanksiyalar da daxil olmaqla, digər tədbirlər görməkdən çəkinməyəcəyik", - bəyanatda vurğulanır.

Makron, Starmer və Karni ABŞ, Qətər və Misirin Qəzzadakı münaqişənin həlli istiqamətində səylərini dəstəkləyərək atəşkəsə və HƏMAS-ı anklavda nəzarətdən əl çəkməyə çağırıblar. Onlar ümid edirlər ki, Nyu-Yorkda iyunda keçirilməsi gözlənilən konfrans bu məsələlərdə, eləcə də münaqişənin iki dövlət prinsipi əsasında həlli istiqamətində irəliləyiş əldə edəcək. Liderlər Fələstin dövlətinin tanınması istiqamətində digər ölkələrlə işləməyə hazır olduqlarını bildiriblər.

Son xəbərlər

Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb

Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq

Sazın və Sözün Şirvan Zirvəsi

Salyanda avtoqəza olub, ölən və yaralananlar var

MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək

“Əsas müttəfiqiniz Mehriban xanımdır”

67 İcra Hakimiyyətinin pulu kəsildi

“Terminal işləmir” bəhanəsi ilə nağd pul istəyirlər? - Obyektləri bu cəza gözləyir

Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq

Sabah bəzi yerlərdə yağış yağacaq

Milli Məclisdə "Hərbi xidmət haqqında" yeni qanun layihəsinin hazırlanması təklif olunub

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Milli Məclisin plenar iclası başlayıb, iki yeni qanun layihəsi müzakirə ediləcək

Musa Yaqub dünyəvi şairdir - FOTOLAR

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Azərbaycan Premyer Liqasında IX tura bu gün iki oyunla start veriləcək

"Brent" markalı neftin qiyməti may ayından bəri ilk dəfə 114 dolları ötüb

Bu ərazilərdə işıq olmayacaq

Sumqayıtda YAP-ın VIII Qurultayı ilə bağlı müşavirə keçirildi - FOTOLAR

"Deha"dan sonra bu seriala çəkiləcək - FOTO

Sahibkar “Süni intellekt” adlı yeni siyasi partiya yaratdı

3 yaşlı uşaq traktorun qoşqusu altında qalaraq öldü

İtaliyadakı qıtlıq Merkeli şoka salıb

Meyvə və tərəvəzlərin qida dəyəri 50 faiz azalıb – XƏBƏRDARLIQ

Payızda yaz yaşayırıq – Alimlərin xəbərdarlıq etdiyi GİZLİ TƏHLÜKƏ

Sevinc YUNUSLU : Bağışla ilahi məni, bu gecənin xətrinə… - FORO

Bu serialın heyətində dəyişiklik ediləcək

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031