Xəbərlər
18.05.2025, 22:54
Zaqatalada intensiv yağışlar nəticəsində 200 hektaradək ərazi su altında qalıb
Son günlər yağan intensiv yağışlar Zaqatalada fəsadlara yol açıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, yağışlar nəticəsində Alazan çayında suyun səviyyəsi qalxıb, Katexçayda artan su çayın məcrasının dəyişməsinə səbəb olub.
Sel suları Aşağı Çardaqlar kəndində 200 hektaradək əraziyə dolub, 100-dən çox sakinə ziyan vurub. Su basan ərazilərdə əsasən arpa, buğda, yonca və qarğıdalı sahələri ziyan çəkib.
Sakinlərin dediyinə görə, hazırda əkin sahələrində suyun hündürlüyü 1.5 metrə çatır.
Meliorasiya və Su Təsərrüfatı ASC-nin Zaqatala Suvarma Sistemləri İdarəsindən "Report"un yerli bürosuna bildirilib ki, çaylara və su basan ərazilərə baxış keçirilib. Suyun səviyyəsinin yüksək olmasına görə hazırda ərazidə işləmək mümkün deyil. Su müəyyən qədər çəkiləndən sonra lazımi tədbirlər görüləcək.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay