Mayın 18-də “Ümid yeri” uşaq sığınacağında “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (AZAL) məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğrayan “Embraer 190” tipli sərnişin təyyarəsində həlak olan kapitan-pilot İqor Kşnyakinin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, öncə Vətən uğrunda bütün şəhidlərin və AZAL-a məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğrayan “Embraer 190” tipli sərnişin təyyarəsində həlak olan Milli qəhrəmanlar - kapitan-pilot İqor Kşnyakin, ikinci pilot Aleksandr Kalyaninov, baş stüardessa Hökumə Əliyevaya və sərnişinlərin xatirəsi bir dəqiqəlik sükütla anılıb.

Sonra tədbirdə çıxış edən Milli Qəhrəmanın qızı Natalya Kşnyakina atasının həyatı boyu xeyirxah insan olduğunu və uşaqları çox sevdiyini diqqətə çatdırıb. "Mənim üçün bu gün sadəcə bir tarix deyil. Bu, atamla xüsusi bir əlaqə hiss etdiyim gündür. O, şərəfli, səmimi və qayğıkeş insan idi. O, həmişə çətinliyə düşənlərə kömək etməyə çalışırdı. Bu gün mən onun yolunu davam etdirmək üçün buradayam - əməllərimlə, diqqətimlə, xeyirxahlığımla. İnanıram ki, kiçik bir hərəkət də kiminsə həyatını dəyişdirə bilər. Əgər heç olmasa bir uşağa bu gün hiss etdirə bilsək ki, o, tək deyil, deməli, atamın xatirəsi əbədi yaşayacaq”, - deyə Natalya Kşnyakina bildirib.

“Ümid yeri” uşaq sığınacağının rəhbəri Nigar Mənsimova bildirib ki, ötən ilin sonunda bu xəbər ölkəmizin hər bir vətəndaşını kədərinə səbəb olub. “Bu, təkcə sizin ailənin deyil, həm də bizim dərdimizdir. Çünki onlar kimi təcrübəli insanlar daima lazımdırlar. Həmin hadisə zamanı qəhrəmanlıq göstərən, canından keçərək, həmin təyyarədəki insanların həyatını düşünərək öz adlarını tarixə yazan qəhrəmanlar heç zaman bu xalqın yaddaşından silinməyəcəklər”, - deyə N.Mənsimova əlavə edib.

Tədbirdə “Ümid yeri” uşaq sığınacağının sakinləri Milli qəhrəmanların xatirəsinə həsr olunmuş musiqi kompozisiyası təqdim ediblər.

Sonra bütün şəhidlərin ruhuna ehsan süfrəsi açılıb.

Mayın 19-da Milli Qəhrəman - kapitan-pilot İqor Kşnyakinin anadan olmasının 63-cü ildönümü qeyd ediləcək.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.




Son xəbərlər

BƏƏ yenidən İranın dron və raket hücumuna məruz qaldığını bildirir

Bakıda keçiriləcək UFC turnirinin cədvəli açıqlandı

Onların övladlarının təhsilhaqqını dövlət ödəyəcək - Prezident təsdiqlədi

Sumqayıt Dövlət Universitetinə rektor təyin olundu

Azərbaycan və Ekvador diplomatik, rəsmi və xidməti pasport sahiblərini vizadan azad edir

Enerjidən strateji tərəfdaşlığa: Azərbaycan-İtaliya münasibətlərinin dərinləşən modeli - ŞƏRH

Prezident 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub

Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib

Ceyhun Bayramov Kaya Kallasla görüşüb

WUF13 günlərində “yaşıl zolaq”lara daxil olmaq qayda pozuntusu hesab olunacaq

WUF13 zamanı nəqliyyat üçün əsas istifadə olunacaq obyektlər açıqlanıb

"EFES - 2026": Azərbaycan hərbçiləri artilleriya və minaatanlardan atışlar icra ediblər

Xəzər dənizində zəlzələ olub

UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşir

İlin ən gözlənilən gecəsindən - Fotolar

Prezidentin sosial şəbəkə hesablarında Ciorcia Meloninin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Ali təhsilin gələcəyinə həsr olunan beynəlxalq konfransın iştirakçıları Fəxri xiyabanda

ISNA: Tehrandakı su böhranı düşünüldüyündən daha ciddidir

Volkan Dəmirəl “Gənclərbirliyi” komandasının baş məşqçi postundan ayrılıb

Zelenski təktərəfli atəşkəs elan etdi

Ağ Ev yaxınlığında Trampın çıxışı zamanı atışma baş verib

Starmer Avropanı Trampın təzyiqlərinə vahid cavab verməyə çağırıb

✍ Sevil Azadqızı : BİR ƏLVİDA BƏS ETDİ? - FOTO

Paşinyanı və Zelenskini "beyinsiz" adlandırdı

Bu həftə Azərbaycanda qısa iş günü OLACAQ

BƏHRUZ MƏMMƏDOV : XEYRULLA SOLTAN OĞLU AĞAYEV – ÖMÜR YOLU, MÜƏLLİMLİK TALEYİ - FOTO

Yaxın günlərdə Yeri maqnit qasırğaları bürüyəcək – XƏBƏRDARLIQ

Ərdoğan: Aİ-nin Türkiyəyə ehtiyacı Ankaradan daha çoxdur

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031