Məlum olduğu kimi, Milli Məclisin ötən gün keçirilən plenar iclasında deputat Səyyad Salahlı plastik əməliyyatlar zamanı baş verən neqativ hallarla bağlı məsələ qaldırıb. Deputat ötən il Ülviyyə İlyasova tərəfindən “liposaksiya-piysovurma” əməliyyatı icra edildikdən sonra vəfat edən Səbirə Vəliyevanın ailəsinin ona müraciət etdiyini diqqətə çatdırıb.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Səhiyyə naziri Teymur Musayev deputatın çıxışına münasibət bildirib.

Nazir qeyd edib ki, plastik cərrahiyə ilə bağlı xüsusi təftiş komissiyası yaradılıb. Komissiyanın işi nəticəsində Azərbaycan ərazisində plastik cərrahiyyə üzrə fəaliyyət göstərməyə icazə verilən 42 plastik cərrah müəyyən olunub:

“Həmin siyahı ictimaiyyətə çatdırılıb və dərc olunub. Bu siyahıdan kənarda qalan digər tibb ixtisası daşıyıcıları üçün öz ixtisasları çərçivəsində müəyyən əməliyyatları icra etməyə icazə verilib. Bu məsələ öz həllini qanun çərçivəsində tam tapıb. Mövzuya bir də qayıtmaq istəmirəm.

Qəhrəmanova Sara xanımın deputat Səyyad Salahlıya müraciətinə gəldikdə isə, o xanım mənim də qəbulumda olub. O xanımın qızını əməliyyat edən şəxs onu öz evində mətbəxdə əməliyyat edib. Özü də bütün qohumları da bilirdi ki, o insan tibb ixtisası daşıyıcısı deyil. Səhiyyə Nazirliyi məhz tibb işçilərinə cavabdeh ola bilər. O, artıq hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb. Hər hansı bir insan dələduzluq fəaliyyəti ilə məşğul olursa, istər tibb, istər mühəndislik və s. buna mərkəzi icra hakimiyyəti orqanı cavabdeh ola bilməz”.

Xatırladaq ki, ötən ilin sentyabrında Yasamal Rayon Prokurorluğunun hadisə ilə bağlı yaydığı məlumatda bildirilirdi ki, “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasovanın “liposaksiya-piysovurma” əməliyyatı icra etdikdən sonra Səbirə Vəliyevanı ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirmək əvəzinə, yaşadığı fərdi evə apararaq, onu həkim nəzarətindən kənar saxlayıb. Həmçinin növbəti gün qanaxma baş verdikdə isə xəstəni köməksiz vəziyyətdə qoyaraq keçirdiyi əməliyyat nəticəsində baş vermiş kəskin qan itirmədən Səbirə Vəliyevanın ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, 1984-cü il təvəllüdlü Səbirə Vəliyeva 2024-cü ilin aprelin 16-da cərrahi əməliyyatdan sonra ölüb. İstintaqla “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələrilə yekun ittiham elan edilərək barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. S.Vəliyeva Ü.İlyasovanın eltisi olub. Vəfat edən 40 yaşlı qadının biri qız, biri oğlan olmaqla 10 yaşlı əkiz uşaqları anasız qalıb.

Son xəbərlər

Tariflər əvvəlki səviyyəyə qaytarılsın - Aİ-dən ABŞ-yə çağırış

“Konyaspor” son dəqiqə qolu ilə finala yüksəldi

LİLPAR CƏMŞİDQIZI : Cənnətin ətrin duyandan bitməyir ünvanə eşq - FOTO

ABŞ İrana məhdudiyyətlərdən yayınmağa kömək edən istənilən quruma sanksiya tətbiq edəcək

Gənc aktrisa Moskvada qəzada həlak oldu

"Kıskanmak"ın aktrisası yeni serialda - FOTO

Kim deyər ki, 32 yaşı var - FOTOLAR

“Navai” Moskvada qəzaya düşdü

Serialdan yenə gedir...

53 yaşında üçüncü dəfə ana oldu - FOTOLAR

Bakıda müğənni əməliyyatdan sonra öldü

Kredit borcunu ödəməyənlərə VACİB XƏBƏR

Nikahda YENİLİK: Yüzlərlə qadın belə etdi

QIZBƏS QƏBƏLƏ : Yurdun tarixidir İÇƏRİŞƏHƏR - FOTO

BƏƏ yenidən İranın dron və raket hücumuna məruz qaldığını bildirir

Bakıda keçiriləcək UFC turnirinin cədvəli açıqlandı

Onların övladlarının təhsilhaqqını dövlət ödəyəcək - Prezident təsdiqlədi

Sumqayıt Dövlət Universitetinə rektor təyin olundu

Azərbaycan və Ekvador diplomatik, rəsmi və xidməti pasport sahiblərini vizadan azad edir

Enerjidən strateji tərəfdaşlığa: Azərbaycan-İtaliya münasibətlərinin dərinləşən modeli - ŞƏRH

Prezident 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub

Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib

Ceyhun Bayramov Kaya Kallasla görüşüb

WUF13 günlərində “yaşıl zolaq”lara daxil olmaq qayda pozuntusu hesab olunacaq

WUF13 zamanı nəqliyyat üçün əsas istifadə olunacaq obyektlər açıqlanıb

"EFES - 2026": Azərbaycan hərbçiləri artilleriya və minaatanlardan atışlar icra ediblər

Xəzər dənizində zəlzələ olub

UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşir

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031