Turaztv.az » Xəbərlər » Putin İstanbula onları göndərir - RƏSMİ
Xəbərlər

Putin İstanbula onları göndərir - RƏSMİ

15.05.2025, 00:20 138
Rusiya prezidenti Vladimir Putin İstanbulda Ukrayna ilə keçiriləcək danışıqlarda Rusiya tərəfini kimin təmsil edəcəyini müəyyən edib.

"Turaztv.az" "Unikal" -a istinadən xəbər verir ki, nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edəcək. Heyətin tərkibinə xarici işlər nazirinin müavini Mixail Qaluzin, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin də daxildir.


Danışıqlar 2022-ci ildə Kiyevin təşəbbüsü və Qərbin təhriki ilə kəsilən dialoqu bərpa etməlidir.

Oxşar xəbərlər