Turaztv.az » Xəbərlər » BELA ZƏNGİBASARLI : ƏQİDƏMDƏN DÖNMƏRƏM - FOTO
Xəbərlər

BELA ZƏNGİBASARLI : ƏQİDƏMDƏN DÖNMƏRƏM - FOTO

14.05.2025, 20:50 501
ƏQİDƏMDƏN DÖNMƏRƏM

Sevməmişəm heç bir zaman yaltağı,
Şarlatana çanaq tutan ortağı.
Sevmişəm mən saflığıyla şıltağı,
Hər kəs bilsin, əqidəmdən dönmərəm.

Söz demişəm hər bir kəsin üzünə,
Göstərmişəm əyrisi nə, düzü nə.
Dik baxmışam həqiqətin gözünə,
Hər kəs bilsin, əqidəmdən dönmərəm.

Dörd yanımı bürüyübdür yalanlar,
Qəlb evimi ilan kimi çalanlar.
Yaddaşımda nadürüsttək qalanlar,
Hər kəs bilsin, əqidəmdən dönmərəm.

Qəlbim küsüb saxtalardan, saxtadan,
Sanki donub soyuq vuran şaxtadan.
Çəpər çəkdim, çoxlarına taxtadan,
Hər kəs bilsin, əqidəmdən dönmərəm.

Çıxammaram qabığımdan, qınımdan,
Halallığı çıxartmaram qanımdan.
Haqq yolunda keçərəm mən canımdan,
Hər kəs bilsin, əqidəmdən dönmərəm.


13.05.2025.

Oxşar xəbərlər