HEYDƏR ƏLİYEV - 102


Tarixi təcrübə göstərir ki, zəngin təbii sərvətlərə malik ölkələrdə müstəqilliyin qorunub saxlanılması bəzən onun əldə edilməsindən daha mürəkkəbdir. Düşmən təcavüzünə məruz qalan və təcrübəsiz dövlət rəhbərləri tərəfindən idarə olunan Azərbaycanda bu, daha da çətin idi.
Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlayıb. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına
keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil edib. 1993-cü ilin yarısından başlayaraq aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində ictimai-siyasi sabitliyin təmin olunması, istehsalda yaranmış geriləmə proseslərinin qarşısının alınması və digər tədbirlərdən sonra iqtisadiyyatda tənəzzül tədricən aradan qaldırıldı və bununla da Azərbaycanın iqtisadi inkişafında mahiyyətcə yeni mərhələnin təməli qoyuldu.


Ümumiyyətlə, iqtisadi tənəzzül dövrü adlandırdığımız 1991-1995-ci illərdə aparılmış sistemsiz iqtisadi islahatlar maliyyə-bank sisteminin iflic vəziyyətə düşməsinə səbəb oldu. ölkədə inflyasiya özünün pik səviyyəsinə çatdı, 1992-1994-cü illərdə xarici ticarət dövriyyəsinin həcmi 42 faiz azaldı,1994-cü ilədək ölkə iqtisadiyyatına xarici sərmayə qoyulmadı, bu dövrdə əhalinin real pul gəlirləri kəskin şəkildə azaldı və s. bir sıra neqativ hallar baş verdi.
1994-cü il sentyabrın 20-də təzyiq və hədələrə baxmayaraq, "Əsrin müqaviləsi" imzalandı.Dünyanın tanımadığı, iflas və məhv olmaq təhlükəsi qarşısında olan Azərbaycan beynəlxalq iqtisadi siyasətin maraq mərkəzlərindən birinə, bu siyasəti müəyyənləşdirən qüdrətli dövlətlərin mühüm iqtisadi tərəfdaşına çevrildi.

Heydər Əliyevin özünün də dediyi kimi, "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycan Xəzər dənizi və onun enerji ehtiyatlarını bütün dünyanın üzünə açdı və bu hadisənin ölkənin gələcəyi üçün nə dərəcədə əhəmiyyətli olduğunu tarixçilər yazacaqlar". Ümummilli Liderin ölkə iqtisadiyyatının hərtərəfli inkişafı üçün neft amilindən məharətlə istifadə etməsi, 1994-cü ilin sentyabrında böyük təzyiqlərə baxmayaraq, "Əsrin müqaviləsi"nin imzalanmasına nail olması yüksək siyasi iradənin və qətiyyətin təntənəsi idi. Bu saziş Azərbaycanın qapılarını dünyanın üzünə açdı, yeni müqavilələr imzalandı.

Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə böyük miqyasda saziş imzalayan ilk dövlət olmaqla, Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını da qoydu.Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün 1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə Bakı-Supsa ixrac neft kəmərlərinin istismara verilməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına dair sazişin imzalanması ilə ixrac marşrutlarının diversifikasiyasına nail olundu.Eyni zamanda, Azərbaycan qazının Qərb bazarına ixracının təmin olunması üçün Ulu Öndərin təşəbbüsü ilə Cənubi Qafqaz boru kəmərinin inşasına başlanıldı. Azərbaycanın enerji daşıyıcılarını dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsi Heydər Əliyevin neft
strategiyasının ən böyük uğurlarından biridir.

"Əsrin müqaviləsi" imzalanandan sonra ölkədə aparılan islahatlar, qanunvericiliyin, vergi və bank sisteminin sürətlə dəyişən iqtisadi şəraitə uyğunlaşdırılması, yeni iqtisadi münasibətlərə cavab verməsi 1994-cü ildə artıq iqtisadi tənəzzülün qarşısını almağa, sabitliyin əldə edilməsinə gətirib çıxardı. Bunun başlıca amili isə ölkəyə xarici investisiya axınının başlanması idi. Əgər 1993-cü ildə Azərbaycan
iqtisadiyyatına heç bir xarici kapital yönəldilməmişdisə, artıq 1994-2000-ci illərdə ölkəyə 5,5 milyard birbaşa xarici investisiya daxil olmuşdu ki, bunun da 3,3 milyard dolları neft sektoruna, 2,2 milyard dolları isə sənayenin digər sahələrindəki infrastrukturun inkişafına yönəldilmişdi. Bu investisiya axını artdıqca Azərbaycan sənayesi, tikinti, nəqliyyat-kommunikasiya və digər xidmət sahələri dirçəlməyə, 1997-ci ildən isə ümumi daxili məhsul istehsalı sürətlə artmağa başladı.

Heydər Əliyevin iqtisadi strategiyasının həyata keçirilməsi sayəsində 1995-ci ildən Azərbaycanda bərpa və dinamik inkişaf dövrü başlandı. 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 1,7 dəfə, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə, sənaye məhsulunun həcmi 23,3 faiz, kənd təsərrüfatı istehsalı
53,8 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq əməkhaqqı 6,2 dəfə artdı. Bu dövrdə iqtisadiyyata bütün maliyyə mənbələri hesabına 20 milyard ABŞ dolları həcmində investisiya qoyuldu. Müstəqilliyin ilk illərində Heydər Əliyevin rəhbərliyi altında bazar iqtisadiyyatına keçidlə əlaqədar iqtisadiyyatın bütün sahələrində olduğu kimi, bank sistemində də liberal islahatlara başlandı.

İslahatların ilkin mərhələsində dövlət banklarının restrukturizasiyası və sağlamlaşdırılması tədbirləri həyata keçirildi, özəl bank sisteminin institusional formalaşması təmin edildi. Bu mərhələdə kapitalla bağlı aşağı tələblər, sistemə daxil olmaq üçün son dərəcədə liberal şərtlər müəyyən olundu və bank fəaliyyətini tənzimləmək üçün yumşaq tənzimləmə alətləri tətbiq edildi. Bu proseslər nəticəsində bank sistemi genişlənməyə və özəl bankların sayı artmağa başladı.Ulu Öndər tərəfindən həyata keçirilən qətiyyətli iqtisadi islahatlar az bir zamanda geniş beynəlxalq dəstək aldı. Beynəlxalq Valyuta Fondu və Dünya Bankı tərəfindən Azərbaycanda iqtisadi islahatlar haqqında xüsusi proqram hazırlandı və ölkəmizə maliyyə yardımının göstərilməsinə başlanıldı. Həmin beynəlxalq maliyyə-kredit institutları ilə sıx əməkdaşlıq şəraitində hazırlanmış sabitləşdirmə proqramına uyğun olaraq iqtisadiyyatın liberallaşdırılmasına yönələn radikal islahatlar həyata keçirildi.

Ölkəmizin iqtisadi artım sürəti 1995-ci ildən başlayaraq MDB üzrə orta göstəricidən xeyli yüksək oldu.1996-cı ildə ümummilli lider Heydər Əliyevin birbaşa təşəbbüsü ilə torpaq islahatı proqramı hazırlandı və bu proqram əsasında torpaq islahatlarının həyata keçirilməsini təmin edən hüquqi baza yaradıldı. Azərbaycan MDB-də torpaq islahatlarına başlayan ilk ölkə oldu. Ulu Öndərin ciddi səyləri nəticəsində ölkəmizdə ticarət sektorunun inkişafı Azərbaycanı dünya bazarlarına çıxardı. 1995-2000-ci illərdə xarici investisiyalarla paralel olaraq yerli mənbələr hesabına kapital qoyuluşunun həcmi də sabit olaraq qalxmağa başladı. Heydər Əliyevin həyata keçirdiyi iqtisadi islahatlardan sonra əldə olunan gəlirlər dövlət büdcəsindən, yerli şirkətlərdən və fərdi şəxslərdən, bu dövrdə sənayenin bir çox sahələrinə - yaşayış evlərinin və kommunal xidmət müəssisələrinin tikintisinə, nəqliyyat və kommunikasiyaya, ticarət və xidmət obyektlərinin, mədəni müəssisələrin,otellərin tikintisinə 9,7 trilyon manat (2,3 milyard dollar) vəsait yönəltməyə imkan verdi.

Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən biri də Azərbaycanda yaxın illər ərzində sosial-iqtisadi tərəqqini təmin edəcək sahibkarlıq mexanizminin əsasını qoyması, onu bütün ölkə boyu işlək mexanizmə çevirmək üçün qanunvericilik bazasını yaratması və ölkədə yeni yaranmağa
başlayan sahibkarlar sinfinin formalaşmasında şəxsən iştirak etməsi olub. Bu işdə dövlət başçısının qətiyyəti sayəsində ictimai və dövlət mülkiyyətinin özəlləşdirilməsinin yeni Dövlət Proqramının hazırlanıb çox sürətlə həyata keçirilməsinə start verməsi xüsusilə mühüm rol oynayıb.
Heydər Əliyev iqtisadi platformasında iqtisadi islahatlar dedikdə, Azərbaycan iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə aparmaq, özəl bölmənin fəaliyyətini genişləndirmək və özəlləşdirməni həyata keçirmək, sahibkarlığa, təşəbbüskarlığa geniş imkanlar yaratmaq, ölkə iqtisadiyyatını dünyanın
inkişaf etmiş ölkələrinin iqtisadi sistemi əsasında qurmaq və dünya iqtisadiyyatına inteqrasiya etmək nəzərdə tutulurdu.

Qısa bir dövrdə müstəqil Azərbaycan elə bir yol keçdi ki, bəzi ölkələrin bu yolu keçməsi üçün bəlkə də yüzilliklər lazım gələrdi. Azərbaycan daxili ziddiyyətlərin girdabında boğulan, siyasi və iqtisadi böhran içərisində olan bir ölkədən çiçəklənən, sabit, dinamik inkişaf edən, bu gün artıq nəinki
regional geosiyasətə, hətta müasir dünya nizamının arxitekturasına təsir göstərən dövlətə çevrildi.Ümummilli liderimizin prezidentliyinin ilk mərhələsində həyata keçirdiyi islahatlar, böhran içərisində qalan Azərbaycan iqtisadiyyatının gücləndirilməsi istiqamətində apardığı genişmiqyaslı quruculuq işləri xalqın gələcəyə olan inamını doğrultmaqla ölkəmizin dünya birliyinə açılan yoluna işıq saldı. Bütün bunlar birdən-birə başa gəlməyib. Müstəqil Azərbaycan çox böyük və gərgin əməyin, konseptual və strateji yanaşmanın, səmərəli dövlət idarəçiliyinin nəticəsidir. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanın misilsiz inkişaf dinamikası bütün dünyabirliyi tərəfindən artıq etiraf edilir.

Ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması nəticəsində yüksək keyfiyyətli, ixracyönümlü və rəqabət qabiliyyətli məhsulların istehsal edilməsi dövlətin iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindəndir. Bu sahədə həyata keçirilən dövlət siyasəti sahibkarlığa yaradılmış fəaliyyət mühitinin daha da yaxşılaşdırılmasına, dövlət himayəsinin təkmilləşdirilməsinə və dövlət-sahibkar münasibətlərinin yaxşılaşdırılmasının təmin edilməsinə yönəldiləcək.

Azərbaycanın bu gün dünyanın ən yüksək templə inkişaf edən dövlətlər sırasına daxil olmasının əsasında məhz Ulu Öndərin dövlət idarəetmə sistemində və kadr sahəsində gördüyü tədbirlər durur.Uğurlu və qətiyyətli siyasət, həyata keçirilən makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatının daha da yüksələcəyindən xəbər verir.











Cəmil Zəbhulla oğlu Dadaşov,
AJB-nin üzvü

Son xəbərlər

Xarici ölkənin xüsusi xidmət orqanına casusluqda ittiham olunan şəxsin məhkəməsi başlayıb

BİZİM TƏQVİM: 15 mayda baş vermiş tarixi hadisələr

Misir XİN rəhbəri: Fələstin problemi həll edilmədən Yaxın Şərq sabit olmayacaq

Futbol üzrə İtaliya Kubokunun qalibi bəlli olub

“Bolonya” “Milan”ı məğlub edərək İtaliya Kubokuna sahib çıxıb

Braziliya Prezidenti Ançelottinin yığmaya keçməsini tənqid etdi

ABŞ dövlət katibi Türkiyəyə GƏLDİ

Kral sarayda bunları qadağan edib

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

KİV: Zelenski danışıqlar üçün Türkiyəyə gedib

Xatirələrdə yaşayan doktor Əflatun Bayramov - FOTO

Axtarışa verilən Hüseyndən açıqlama - FOTO

Putin İstanbula onları göndərir - RƏSMİ

40 gündür axtarılan Aytacın meyiti tapıldı

Konstitusiya Məhkəməsindən yeni qərar

"Qalatasaray" Türkiyə Kubokunun qalibi olub

Qarsda “Qərbi Azərbaycan: Unudulmaz izlər” adlı beynəlxalq forum keçirilib

Cəlal Bərgüşadın 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib - FOTOLAR

ABŞ və Qətər 1,2 trilyon dollarlıq saziş imzalayıb - YENİLƏNİB

Çempion olan "Sabah"ın baş məşqçisi: "Komanda üzvlərinə çəkdikləri əziyyətə görə təşəkkür edirəm"

Keçmiş prezidentə 15 il həbs cəzası verildi

İstanbulda keçirilən “Azərbaycan Kinosu Günləri” başa çatıb - FOTOLAR

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi aşağı salınıb

Pakistandan Azərbaycana təşəkkür fləş-mobu - FOTO

BELA ZƏNGİBASARLI : ƏQİDƏMDƏN DÖNMƏRƏM - FOTO

Kənd təsərrüfatında süni intellektin tətbiqi düzgün proqnozlar verir

AYNA: "Bakıda mikromobillik vasitələri üçün 484 parklanma məntəqəsi müəyyən edilib"

Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq

Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031