Pakistanlı ekspert: Prezident İlham Əliyev müdrik dövlət xadimidir
Pakistanın Ortaq Gələcəyə malik Cəmiyyət naminə Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm “Prezident İlham Əliyev – müdrik dövlət xadimi” sərlövhəli məqalə ilə çıxış edib.

Turaztv.azAZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra yenidən müstəqilliyini qazanan Azərbaycanın son illər çox sürətlə inkişaf etdiyi qeyd olunub. Bildirilib ki, müstəqilliyini yenicə bərpa etmiş dövlət hər ötən il daha da irəliləyərək özünün düzgün müəyyənləşdirilmiş iqtisadi kursu və xarici siyasət prioritetləri sayəsində uzun inkişaf yolu keçib. Bu inkişaf yolu məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu məqsədyönlü siyasət nəticəsində baş verib.

Pakistanlı ekspert qeyd edib ki, həmin uzaqgörən və müdrik siyasət bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Məqalədə, həmçinin vurğulanır ki, Azərbaycan daha geniş beynəlxalq dəstək əldə etmək üçün digər ölkələrlə regional əməkdaşlıq və sosial-iqtisadi inkişafa dair çoxtərəfli sazişlər imzalayıb. Azərbaycanın son bir neçə onillikdə əldə etdiyi nailiyyətlərin və inkişafın əsas hərəkətverici qüvvəsi məhz Prezident İlham Əliyevin gələcəyə hesablanmış baxışlarıdır.

“Prezident İlham Əliyev təkcə Cənubi Qafqaz regionunda deyil, dünyada ən güclü və nüfuzlu liderlərdən biridir. Prezident İlham Əliyev 2003-cü ildən başlayaraq nəhəng layihələr həyata keçirməklə Azərbaycanın sosial-iqtisadi və siyasi inkişafına təkan verib. Məhz onun səmərəli siyasəti və uzaqgörən təşəbbüsləri sayəsində ölkə işğal altında olan torpaqlarını azad edib”, - deyə müəllif vurğulayıb.

Pakistanlı ekspert onu da qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Cənubi Qafqazda sülhün əsas carçısına çevrilib. COVID-19 pandemiyasına qarşı mübarizədə Azərbaycan təkcə daxildə deyil, hətta ölkə xaricində də böyük səylər, müxtəlif ölkələrə maliyyə və tibbi yardım göstərib.

“Bu gün Azərbaycan Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə daha böyük tərəqqiyə, işıqlı gələcəyə doğru inamla irəliləyir. Açıqlıq, inklüzivlik və qarşılıqlı anlaşma Azərbaycanın xarici siyasətini səciyyələndirən xarakterik xüsusiyyətləridir. Qarşılıqlı fəaliyyət və əməkdaşlıq müdrik dövlət xadimi Prezident İlham Əliyevin təşviq etdiyi ümumi tendensiyalardır. Onun Azərbaycana uğurlu rəhbərliyi sayəsində Cənubi Qafqaz regionu gələcəkdə daha da inkişaf edəcək və sosial-iqtisadi tərəqqiyə nail olacaq”, - deyə Xalid Teymur Əkrəm vurğulayıb.

Son xəbərlər

Miri Yusifin ailəsindən yeni - Fotosessiya

Bu dəfə rəqibi Həmidə Ömərova oldu - Qalib gəldi - Yenilənib

Sabah 31 dərəcə isti olacaq - PROQNOZ

Şənbə günü 31° isti olacaq

29 məktəbli yanaraq öldü - Konqoda dəhşət

Hacıməmməd Məmmədov : KİŞİLİK NƏDİR? - FOTO

Emin Əmrullayev: Biz kimisə məktəb direktoru işləməyə məcbur etmirik

Xəstəxanadan çıxan kimi ilk işi atası ilə nərd oynamaq oldu - Foto

Amansız xəstəliklə mübarizə aparır

FT: İran Körfəz ölkələri ilə Hörmüzlə bağlı danışıqlar aparacaq

Bu ərazilərdə sentyabr pensiyaları ödənildi

Problemlərinizi süni intellektlə uzun müddət müzakirə edirsinizsə... - Psixiatr riskləri sadaladı

Cümşüd Aydəmir : Divanın mübarək,Mövlud Ağamməd!

Yusif Nəğməkar : BİRLƏŞİR

Ağdərədə atlı minaya düşüb, xəsarət alıb

Milli Məclis Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini müzakirə edəcək

Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır

Nyu-Yorkda barjada partlayış olub, ölən və yaralananlar var

Həkəri çayına qanunsuz müdaxilə edən şəxs bu şirkətin rəhbəri imiş

“Fənərbaxça” Çempionlar Liqasına xalla başlayıb - YENİLƏNİB

Almaniyada zəlzələ oldu

Beş nəfərin yanaraq öldüyü qəzadan təkcə o sağ çıxdı - Təfərrüat

Vüsalə Sədi Tağızadə : Qalib şəhid atası, çalış, başını dik tut! - FOTO

Hər an ABŞ-yə göndərilə bilərlər - Kral ailəsində qalmaqal böyüyür

Leyla Əliyeva Madriddə qayğıya ehtiyacı olan uşaqlar üçün məktəbdə - Fotolar

Məlahət Behbudqızı : Xatirələr solmur

Azərbaycanda gömrük və qiymətli metallarla bağlı qaydalar dəyişdi

MÜƏLLİFİ MƏN SEÇMİRƏM, ŞEİR SEÇİR

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930