Erməni saxtakarlığı sərhəd tanımır

“Uzun illər Azərbaycanın mədəni, tarixi və bədii irsinə sahiblənməyə çalışan ermənilərin plagiatlıq ənənələri sərhəd tanımır. Ermənilər bütün dövrlərdə Azərbaycana qarşı işğalçılıq siyasətini təkcə ərazi iddiaları ilə məhdudlaşdırmayıblar, həm də qeyri-maddi irs nümunələrimizi oğurlayaraq özününküləşdiriblər. Azərbaycanın bir sıra mədəni irs nümunələri bu gün də erməni mülkiyyəti adı altında həm Ermənistanda, həm də xaricdə tirajlanır”.

Bu barədə “Əqli Mülkiyyətçilərə Kömək” İctimai Birliyinin yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, təşkilat Azərbaycan ictimaiyyətini “erməni saxtakarlığının qolları” barədə daha geniş məlumatlandırmaq üçün “Erməni plagiatlığının izləri: Əqli mülkiyyət terroru” adlı layihənin icrasına başlayıb.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə gerçəkləşən layihə çərçivəsində erməni təcavüzünə məruz qalan qeyri-maddi irs nümunələrimiz barədə silsilə yazılar hazırlanacaq. Nəticədə Azərbaycan ictimaiyyəti ermənilərin musiqi, mətbəx, memarlıq, yer adları, adam adları, tarix və digər sahələrə aid “əqli mülkiyyət terroru” barədə faktlarla tanış ola biləcək.

Araşdırma yazılarını daha geniş auditoriyaya çatdırmaq üçün onların yerli KİV-də və sosial platformalarda yayımlanması nəzərdə tutulur.

“Erməni plagiatlığı deyəndə, çoxlarının ağlına ya “Sarı gəlin” mahnısının, ya da “dolma”nın oğurlanması gəlir. Halbuki ermənilərin plagiatlıq əməlləri o qədər geniş miqyas alıb ki, mədəni irsimizlə bağlı mənimsəmələrin sayı-hesabı bilinmir. Qarabağı artıq həmişəlik itirdiklərini anlayan ermənilər “informasiya müharibəsi”ni davam etdirir, saxta “təbliğat” aparırlar. Erməni plagiatılığı sadəcə mədəni irsin mənimsənilməsi deyil, həm də tarixin saxtalaşdırılması cəhdidir”, - deyə İctimai Birlik bəyan edib.

Son xəbərlər

Heç kim dişsiz qalmayacaq - Bunun da dərmanı tapıldı

Maaş almaq üçün könüllü bank seçimi 3-4 aya mümkün olacaq

Fuad Muradov Vyetnamda rəsmi görüşlər keçirdi - Fotolar

“Navai”dən öncə o da motosiklet qəzasında ölübmüş - Foto

İran Hörmüz boğazı ilə bağlı yeni qurum yaratdı

Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq

Mövlud Çavuşoğlunun qardaşı güllələnib

Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrini qəbul edib

Zaqatalada yarımstansiyada qəza olub, 15 mindən çox əhali işıqsız qalıb

Azərbaycan nefti 118 dollardan yuxarı səviyyədə ticarət olunur

UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşir

Bu gündən uşaqların I sinfə qəbulu başlayır

RZA MAHMUDOV - 90

“İranın buna ehtiyacı yoxdur” - Marko Rubio

VAQİF VÜQAR : TƏZADLI DUNYAM - FOTO

Çempionlar Liqası: “Arsenal” finala vəsiqə qazanıb

Çempionlar Liqasında ilk finalçı müəyyənləşib

Yeni layihəsi bəlli oldu

Tariflər əvvəlki səviyyəyə qaytarılsın - Aİ-dən ABŞ-yə çağırış

“Konyaspor” son dəqiqə qolu ilə finala yüksəldi

LİLPAR CƏMŞİDQIZI : Cənnətin ətrin duyandan bitməyir ünvanə eşq - FOTO

ABŞ İrana məhdudiyyətlərdən yayınmağa kömək edən istənilən quruma sanksiya tətbiq edəcək

Gənc aktrisa Moskvada qəzada həlak oldu

"Kıskanmak"ın aktrisası yeni serialda - FOTO

Kim deyər ki, 32 yaşı var - FOTOLAR

“Navai” Moskvada qəzaya düşdü

Serialdan yenə gedir...

53 yaşında üçüncü dəfə ana oldu - FOTOLAR

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031