İyunun 21-də Bakı Kristal Zalında “UFC Fight Night” baş tutacaq.

"Turaztv.az" “Report”-a istinadən xəbər verir ki, Azərbaycan ilk dəfə dünyaca məşhur UFC (Ultimate Fighting Championship) turnirinə ev sahibliyi edəcək.

Tədbir UFC, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə əməkdaşlığı ilə təşkil olunacaq. Turnirin əsas qarşılaşmasında keçmiş UFC yarım ağır çəki çempionu Camal Hill və Xəlil Raundtri Jr. üz-üzə gələcəklər.

UFC Fight Night™: Hill vs. Roundtree Jr. tədbiri üçün biletlər 25 aprel, saat 10:00-da “iTicket” platformasında satışa çıxarılacaq. “UFC Fight Club” üzvləri üçün erkən satış 23 aprel, öncədən qeydiyyatdan keçən şəxslər üçün isə 24 apreldə başlayacaq.

Məlumata görə, UFC prezidenti və baş icraçı direktoru Dana Vayt və Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov əməkdaşlıq haqqında razılaşma imzalayıblar. İmzalanma mərasimi UFC 314: Volkanovski – Lopes döyüşündən öncə, Mayami şəhərində keçirilib.

Dana Vayt bildirib:
“Azərbaycan və onun paytaxtı Bakı beynəlxalq idman tədbirlərinin keçirilməsi baxımından böyük bir tarixə malikdir. Bizim bu regiondan çıxan çoxlu sayda güclü idmançılarımız var. Bu səbəbdən UFC-nin növbəti tədbirinin Bakıda qərar tutması təsadüfi deyil. 21 iyun Bakıda keçiriləcək debut tədbirini səbirsizliklə gözləyirəm.”

Gənclər və idman naziri Fərid Qayıbov isə qeyd edib:
"UFC-nin Bakıda keçirilməsi idman sahəsində Azərbaycanın regional liderə çevrilməsi istiqamətində atılmış növbəti mühüm addımdır. Prezident İlham Əliyevin davamlı diqqət və qayğısı, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. UFC ilə bu yeni əməkdaşlıq ölkəmizin qlobal idman mərkəzi kimi mövqeyini daha da gücləndirir və idmanın inkişafı ilə beynəlxalq əməkdaşlığa sadiqliyimizi nümayiş etdirir."

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev əlavə edib:
"Formula 1 ilə uzun müddətli əməkdaşlığımızla yanaşı, UFC ilə tərəfdaşlıq Bakının idman dünyasında növbəti böyük uğurudur. Bu tədbir Azərbaycanın qlobal idman səhnəsindəki nüfuzunu daha da artıracaq. Biz UFC və döyüş idmanlarının bölgədə inkişafına töhfə verməsindən qürur duyuruq və Bakını böyük beynəlxalq idman tədbirləri üçün əsas mərkəzə çevirməyə davam edirik."

Camal Hill (12 qələbə, 3 məğlubiyyət, 1 döyüş nəticəsiz; ABŞ) UFC-də 2025-ci ildə ikinci döyüşünə çıxacaq. O, “Dana White’s Contender Series” vasitəsilə UFC çempionluğuna gedən ilk idmançıdır. Hill, bu döyüşdə Xəlil Raundtri Jr.-ni məğlub edərək reytinqdə irəliləməyi hədəfləyir.

Xəlil Raundtri Jr. (14 qələbə, 6 məğlubiyyət, 1 nəticəsiz; ABŞ) isə sonuncu dəfə UFC 307-də Aleks Pereyra ilə qarşılaşıb. Bu döyüş “Gecənin Döyüşü” seçilmişdi. Raundtri Jr. 13 qələbəsindən 9-nu nokautla qazanıb.

Gecədə həmçinin digər maraqlı döyüşlər də yer alacaq. Onlardan biri də Kyoji Xoriquçinin UFC-yə qayıdışıdır. O, UFC tarixində ilk yaponiyalı çempion olmaq uğrunda mübarizə aparacaq. Onun rəqibi ən yüngül çəki reytinqində 10-cu yerdə olan Təğir Ulanbekov olacaq. Ulanbekov döyüşə Həbib Nurməhəmmədovun rəhbərliyi altında hazırlaşır.

Ağır çəki döyüşündə reytinqin 5-ci pilləsindəki Kördis Bleyds UFC debütü edən Rizvan Kunievlə qarşılaşacaq. Kuniev UFC-də adını təsdiqləməyi planlaşdırır.

Digər döyüşlər aşağıdakılardır:

İsmayıl Naurdiyev (Mərakeş) – Çunyonq Park (Cənubi Koreya) – orta çəki
Hamdi Abdelvahab (ABŞ–Misir) – Məhəmməd Usman (ABŞ) – ağır çəki
İrina Alekseyeva (Rusiya) – Klaudiya Siqula (Polşa) – bantam çəki
Darya Jeleznyakova (Fransa–Rusiya) – Melisa Mallins (İngiltərə) – bantam çəki.



Son xəbərlər

Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb

Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq

Sazın və Sözün Şirvan Zirvəsi

Salyanda avtoqəza olub, ölən və yaralananlar var

MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək

“Əsas müttəfiqiniz Mehriban xanımdır”

67 İcra Hakimiyyətinin pulu kəsildi

“Terminal işləmir” bəhanəsi ilə nağd pul istəyirlər? - Obyektləri bu cəza gözləyir

Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq

Sabah bəzi yerlərdə yağış yağacaq

Milli Məclisdə "Hərbi xidmət haqqında" yeni qanun layihəsinin hazırlanması təklif olunub

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Milli Məclisin plenar iclası başlayıb, iki yeni qanun layihəsi müzakirə ediləcək

Musa Yaqub dünyəvi şairdir - FOTOLAR

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Azərbaycan Premyer Liqasında IX tura bu gün iki oyunla start veriləcək

"Brent" markalı neftin qiyməti may ayından bəri ilk dəfə 114 dolları ötüb

Bu ərazilərdə işıq olmayacaq

Sumqayıtda YAP-ın VIII Qurultayı ilə bağlı müşavirə keçirildi - FOTOLAR

"Deha"dan sonra bu seriala çəkiləcək - FOTO

Sahibkar “Süni intellekt” adlı yeni siyasi partiya yaratdı

3 yaşlı uşaq traktorun qoşqusu altında qalaraq öldü

İtaliyadakı qıtlıq Merkeli şoka salıb

Meyvə və tərəvəzlərin qida dəyəri 50 faiz azalıb – XƏBƏRDARLIQ

Payızda yaz yaşayırıq – Alimlərin xəbərdarlıq etdiyi GİZLİ TƏHLÜKƏ

Sevinc YUNUSLU : Bağışla ilahi məni, bu gecənin xətrinə… - FORO

Bu serialın heyətində dəyişiklik ediləcək

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031