
Xəbərlər
5.04.2025, 20:08
QIZBƏS QƏBƏLƏ : BELƏ DÜNYA DAĞILMASIN... NEYLƏSİN? - FOTO
BELƏ DÜNYA DAĞILMASIN... NEYLƏSİN?
( Kırklareli mahalında insanlar 20 günlük buzovları kəsib dərəyə atırblar)
İyirmi günlük buzovları kəsirsə,
Şişə çəkib, yeməyə tələsirsə,
Tamahkarlar öz nəfsinə əsirsə,
Belə dünya dağılmasın... neyləsin?
Lənət olsun sənin insan adına,
Neçə heyvan getdi sənin badına,
Qoy Yaradan heç yetməsin dadına,
Belə dünya dağılmasın ...neyləsin?
Yer üzündə ən yırtıcı insandır,
Vicdanı da, əlləri də bax qandır.
Düşünməyir öldürdüyü bir candır
Belə dünya dağılmasın neyləsin?
Necə belə qansız ola bilirsən?
Nəfsin üçün öldürməkçün ölürsən?
Əzab çəkib yüz yol ölüb - diril sən.
Belə dünya dağılmasın...neyləsin?
Utanıram insan olmaqdan vallah,
Tanrıdan cəzanı alarsan hərgah,
Qoy səni hidayət eyləsin Allah,
Bax bu dünya dağılmasın...neyləsin?
Belə dünya dağılmasın neyləsin?
Şişə çəkib, yeməyə tələsirsə,
Tamahkarlar öz nəfsinə əsirsə,
Belə dünya dağılmasın... neyləsin?
Lənət olsun sənin insan adına,
Neçə heyvan getdi sənin badına,
Qoy Yaradan heç yetməsin dadına,
Belə dünya dağılmasın ...neyləsin?
Yer üzündə ən yırtıcı insandır,
Vicdanı da, əlləri də bax qandır.
Düşünməyir öldürdüyü bir candır
Belə dünya dağılmasın neyləsin?
Necə belə qansız ola bilirsən?
Nəfsin üçün öldürməkçün ölürsən?
Əzab çəkib yüz yol ölüb - diril sən.
Belə dünya dağılmasın...neyləsin?
Utanıram insan olmaqdan vallah,
Tanrıdan cəzanı alarsan hərgah,
Qoy səni hidayət eyləsin Allah,
Bax bu dünya dağılmasın...neyləsin?
Belə dünya dağılmasın neyləsin?
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay








