Turaztv.az » Xəbərlər » Tramp: Moskva Ukrayna ilə atəşkəslə bağlı müsbət siqnallar göndərir
Xəbərlər

Tramp: Moskva Ukrayna ilə atəşkəslə bağlı müsbət siqnallar göndərir

13.03.2025, 00:47 149
“Moskva Ukrayna ilə atəşkəslə bağlı müsbət siqnallar göndərir”.

"Turaztv.az" “Report”-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə rusiyalı həmkarı Vladimir Putinlə təmaslar barədə sualı belə cavablandırıb.

Tramp Moskvadan tez cavab gözlədiyini vurğulayıb: “Tezliklə öyrənəcəyik, müsbət mesajlar alıram, amma müsbət mesajlar heç nə demək deyil”.

ABŞ prezidenti qeyd edib ki, vəziyyət çox ciddidir və münaqişə Üçüncü dünya müharibəsinə səbəb ola bilər: “Bu vəziyyətə ABŞ-nin keçmiş prezidenti Co Baydenin səriştəsizliyi səbəb olub”.

Oxşar xəbərlər