“Uşaqlığında ona “Yetim İlyas” deyərmişlər...”
“Uşaqlığında ona “Yetim İlyas” deyərmişlər. Çünki o, 6 aylığında olanda milis atasını qaçaqlar öldürmüşdülər”.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu jurnalist Elxan Şükürlü bu gün dünyasını dəyişən sabiq baş prokuror İlyas İsmayılov haqqında sosial şəbəkə hesabındakı paylaşımda deyib.

“Müharibə başlayanda isə dayısını əsgər apardıqlarından anası Mələk xanım qardaşının da uşaqlarına baxmaq üçün iki körpə övladı İdris və İlyası da götürüb kəndə qayıtmışdı. “Yetim İlyas” ləqəbini də elə burada - kənddə qoymuşdular.

Heç kim inanmazdı ki, gün gələcək, bu “Yetim İlyas” nəinki Azərbaycanda, dünyanın ən nəhəng ölkəsi sayılan SSRİ-də belə ən ciddi söz, nüfuz sahiblərindən biri olacaq, bütün hüquqşünasların arzuladığı ən böyük zirvələri fəth edəcək - Azərbaycan SSR prokuroru, SSRİ Prokurorluğunun Həbsxanalara Nəzarət İdarəsinin rəisi, müstəqil Azərbaycanın ədliyyə naziri, hüquq elmləri doktoru olacaq!

Üç aydan çox ölüm yatağında da o sarsılmaz iradəsini hər kəsə göstərdi: Oğlu Etimadı düşmən gülləsiylə itirmiş, onunla son anda halallaşmamışdı deyə, qürbətdə yaşayan ikinci oğlu Mətinin gəlib çıxmasına, əlini tutmasınadək ölümə təslim olmadı, dözdü... Nəhayət, bu gün - fevralın 17-də o da hər kəsin dadacağı ölümə təslim oldu”.

Qeyd olunub ki, İlyas İsmayılovun cənazəsi sabah saat 11:00-da “Heydər” məscidindən götürüləcək. O, vəsiyyətinə uyğun olaraq Nardaran qəbiristanlığında, oğlu Etimadın yanında dəfn ediləcək.
“Uşaqlığında ona “Yetim İlyas” deyərmişlər...”

Son xəbərlər

Aysel Şükürovanın keçmiş əri həbs edildi - Aliment borcuna görə

Safuranın da evini su basdı - Fotolar

Fuad Həsənov Avropa birinciliyində 3 medal qazandı - Fotolar

Qarabağ Universitetinin Klinikası steril cərrahi alətlərinin alınmasına yarım milyon xərcləmək istəyir

Məktəbli necə geyinməlidir?

Unudulmayan ustad, unudulmayan insan...

Oğlanlar, sözüm sizədir!

MƏN KİMƏM? - FOTO

QIZLAR, SÖZÜM SİZƏDİR!.. - FOTO

Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - yenilənib

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər

Məsud Pezeşkian oktyabrın 16-da Ermənistana səfər edəcək

Rusiya AQEM-i ümumavrasiya istiqamətində inkişaf etdirməyi təklif edib

Sabah Bakıda hava çiskinli olacaq

Şavkat Mirziyoyev: Azərbaycana AQEM-ə sədrliyi dövründəki təşəbbüslərinə görə təşəkkür edirik

"Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb - FƏRMAN

İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edir - Yenilənib

"Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə cəza istənilib

MDB Məşvərət Şurasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Azərbaycan nefti 4 dollara yaxın ucuzlaşıb

UEFA Konfrans Liqası: Liqa mərhələsinin I turu başlayır

Bu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq

Elektriksiz işləyən dünyanın ilk DNT kompüteri hazırlandı

Görməni bərpa edən çip ilk pasiyentə implantasiya edildi

Türkmənistan Prezidenti Bakıya gəldi

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031