Həlak olan ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü veriləcək - MƏBLƏĞ
Kənar müdaxilə nəticəsində Aktauda qəzaya uğrayan Azərbaycan təyyarəsinin həlak olan ekipaj üzvləri – pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov, bələdçi Hökumə Əliyevaya “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Modern.az-ın məlumatına görə, ekipaj üzvlərinin ailələrinə Prezident təqaüdü təyin ediləcək.

Qanunvericiliyə əsasən, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə və onların ailə üzvlərinə dövlət qayğısını artırmaq məqsədilə 1800 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir.

Bu təqaüd ölümündən sonra verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə həmin şəxsin ailə üzvlərinə (təqaüd məbləği onların sayına bərabər məbləğdə bölünməklə) ödənilir.

Təqaüd plastik bank kartları vasitəsi ilə yalnız nağdsız qaydada ödənilir. Lakin təqaüd alan vəfat etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə təqaüdün ödənişi dayandırılır.

Qeyd edək ki, təqaüd elektron sistem üzərindən avtomatik olaraq (proaktiv qaydada) təyin edilir.

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakı–Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib.

Hadisə nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u yaralanıb.

Son xəbərlər

İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb

Mümkün üçtərəfli görüşün tarixini açıqladı

Hande Erçel Cennifer Lopezlə bir arada - Fotolar

YAP-ın növbəti qurultayı bu tarixdə keçiriləcək

Çin ilk dəfə olaraq Almaniyaya ən çox avtomobil tədarük edən ölkə oldu

Formula 1-ə görə metroda iş saatı uzadılacaq

Hicran Fuad Əhmədli : BAĞIŞLA AĞAC - FOTO

Paşinyan və Pezeşkian regionda sülhün və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıblar

Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir

Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

Flora Kərimova — bir səs var ki, yer üzündə təkdir

“TRIPP davamlı regional sülhə töhfə verəcək” - Fotolar

Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

Ağ Ev dizel ixracına 90 günlük qadağa hazırlanması barədə məlumatı təkzib edib - YENİLƏNİB

10 illik məhkum edilmiş Martin də əfv olundu

Peskov: Rusiya Putinin G20 sammitinə dəvət olunmasını alqışlayır

Əbədi olaraq İsrailin nəzarətində qalacaq - Kats

Alimlərdən qorxulu proqnoz: 451 min insan ölə bilər

“O, bizim simvolumuzdur”

Vaqif Vüqar : Şəhid məzarının yaxınlığında - FOTO

QOŞA QANAD — DÖVLƏTÇİLIK YOLUNDA BİRGƏ FƏALİYYƏT

Niderlanddan “Avroviziya” ilə bağlı şok qərar - Yarışmanı boykot etdilər

Leyla Əliyeva milli geyimdə - Fotolar

Alyona Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlarla - Fotolar

Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu

Əl çəkirsən, qəmi başdan "calayir" hicranın - FOTO

Ərdoğan Paşinyanı qəbul etdi

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930