Xəbərlər
24.09.2024, 21:14
Vatsapdan yenilik
Vatsapda vaxtınıza qənaət etməyə kömək edəcək yeni funksiya olacaq.
"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.
Android cihazlarına gələcək yeniləmədə “hamısını oxu” düyməsinin görünəcəyi bildirilir. Funksiya ekranın yuxarı sağ küncündə üç nöqtə ilə göstərilən menyuda mövcud olacaq.
Funksiyanın çox sayda qrup çatlarında iştirak edənlər üçün faydalı olacağı gözlənilir.
“Bu xüsusiyyət olmadan söhbətləri əl ilə oxumaq çox vaxt apara bilər”, - məlumatda qeyd edilib.
Elan edilmiş funksiya Android cihazları üçün vatsapın qarşıdan gələn beta versiyasında əlçatan olacaq.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay