Xəbərlər
30.07.2024, 22:59
Bu gün də “Qarabağ”a sevinirik - Fotolar
Xəbər verdiyimiz kimi, “Qarabağ” UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.
Turaztv.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Qurban Qurbanovun komandası Bakıda Cəbəllütariqin “Linkoln” klubunu qəbul edib.
Qarşılaşma Azərbaycan çempionunun 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
17, 31 və 44-cü dəqiqədə fərqlənən Olaviyo Juninyo het-trik edib. 66-cı dəqiqədə Yassin Benzia adını tabloya yazdırıb. 72-ci dəqiqədə Leandro Andradenin qolu oyuna son nöqtəni qoyub.
Səfərdə rəqibini iki cavabsız topla üstəyən “köhlən atlar” növbəti III təsnifat mərhələsinə yüksəlib.
“Qarabağ” bu raundda “Ludoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, ilk matç Bolqarıstan təmsilçisinin qələbəsi ilə başa çatıb.
Fotolar: Xəyal Vəlizadə

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay