Ağdamın “Qarabağ” komandası UEFA Çempionlar Liqasının növbəti mərhələsinə vəsiqə qazanıb
“Qarabağ” (Ağdam) komandası UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində cavab oyununa çıxıb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Qarabağ”ın rəqibi Macarıstan çempionu “Ferentsvaroş” klubu olub.

Budapeştdəki “Groupama Arena”da oynanılan matç Azərbaycan çempionunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Qarabağ”ın start heyətində Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Marko Veşoviç, Bədavi Hüseynov, Marko Yankoviç, Bəhlul Mustafazadə, Kadi Borges, Abdullah Zubir, Toral Bayramov, Ramil Şeydayev və İbrahima Vadji yer alıb.

“Ferentsvaroş”un heyətində isə meydana Deneş Dibus, Tokmak Nquen, Anderson Esiti, Adnan Kovaçeviç, Kristofer Zakariasen, Eldar Çiviç, Adama Traore, Endre Botka, Rasmus Telander, Frank Boli və Aissa Laiduni çıxıb.

İspaniyalı baş hakim Karlos del Serro Qrandenin idarə etdiyi qarşılaşmada hesab yeddinci dəqiqədə açılıb. “Qarabağ”ın heyətində Kadi Borgesin məhsuldar ötürməsindən sonra Abdullah Zubir fərqlənib. Matçın birinci hissəsi 1:0 hesablı “Qarabağ”ın üstünlüyü ilə başa çatıb. Qurban Qurbanovun baş məşqçi olduğu komanda 55-ci dəqiqədə hesab arasındakı fərqi ikiyə çatdırıb. Kadi Borgesin ötürməsindən sonra İbrahima Vadji rəqibin qapısından ikinci topu keçirib. Rəqibin qapısına növbəti qolu görüşün 78-ci dəqiqəsində Ramil Şeydayevin ötürməsindən sonra dubl edən İbrahima Vadji vurub. 86-cı dəqiqədə görüşdə dördüncü qol vurulub. “Ferentsvaroş” heyətində Adama Traore hesab arasındakı fərqi azaldıb.

Beləliklə, üçüncü təsnifat mərhələsinin ilk qarşılaşmasında Bakıda Macarıstanın çempionu ilə 1:1 hesablı heç-heçə edən Qurban Qurbanovun yetirmələri Budapeştdə rəqibinə qalib gəlib və iki oyunun nəticəsinə görə növbəti mərhələyə yüksəlib.

Azərbaycan futbolu tarixində ikinci dəfə təmsilçimiz Çempionlar Liqasının pley-offunda oynayacaq. Eyni zamanda, bu oyunda “Qarabağ” UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqəni təmin edib.

Azərbaycan təmsilçisinin növbəti - pley-off mərhələsindəki rəqibi Moldovanın “Şerif” komandasından 2:1 hesabı ilə üstün olan Çexiyanın “Viktoriya” komandası olacaq. Bu cütün qalibi isə Çempionlar Liqasının qrup mərhələsində oynayacaq.

Qeyd edək ki, pley-off mərhələsinin ilk matçları avqustun 16-17-də, cavab görüşləri isə 23-24-də təşkil olunacaq.
Ağdamın “Qarabağ” komandası UEFA Çempionlar Liqasının növbəti mərhələsinə vəsiqə qazanıb

Son xəbərlər

Yevlaxda avtoqəzada ölən şəxslərin kimliyi məlum olub, cinayət işi başlanılıb

UEFA Konfrans Liqası: "Qarabağ" Bakıda "Dinamo" ilə cavab matçına çıxacaq

Osmanlı Səltənətinin Dramı: "Böyüdülər, Amma Böyük Olmadılar"

Ağ Evin mətbuat katibi vəzifəsindən gedir

PSJ ardıcıl 2-ci dəfə UEFA Superkubokunun qalibi oldu

"Dicle" bu futbolçu ilə eşq yaşayır - FOTO

Süni intellektlə yaradılan ifaçılar xüsusi nişanla işarələnəcək

İkinci dəfə ata olacaq - Fotolar

AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Fotolar

Qəlbimizə hakimliyi bacarırıqmı?

Bu ilin ikinci Günəş tutulması başa çatıb YENİLƏNİB

Bu gecə üç astronomik hadisə gözlənilir: 6 planet bir sırada...

Axşam bu qidalardan istifadə edənlərin diqqətinə: İnsult riskini artırır

Öz şərəfinə adlandırılan küçədən paylaşım etdi - Fotolar

General-Polkovnik Vaqif Axundov – Dövlətçiliyə Sədaqətin və Şərəfli Xidmətin Ömür Yolu

DƏYİŞƏN ŞƏHƏRLƏRİN YADDAŞINDA QALAN İZLƏR

“Putin seçkidən sonra yüz minlərlə adamı cəbhəyə aparacaq” - Zelenski

Kobaxidze Azərbaycan Prezidentinin Naxçıvanda verdiyi mesajlara münasibət bildirib

Naxçıvan sosial-iqtisadi inkişafın yeni mərhələsindədir - TƏHLİL

Türkiyədə F-16 qırıcısı qəzaya uğrayıb, pilot katapult edib

Gürcüstan mediası İlham Əliyevin enerji dəhlizləri və ixracına dair açıqlamalarını geniş işıqlandırıb

Səfir: Azərbaycan minalardan təmizləmə sahəsində ABŞ ilə əməkdaşlığa maraq göstərir

Bakı metrosunda dəyişikliklər dərslərin başlanma saatlarına təsir edəcək?

Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar

MÜŞVİQ RƏFAELOĞLUNUN YARADICILIĞI HAQQINDA... -FOTO

Sabah 37 dərəcə isti olacaq

Bənizin keçmiş ərinin İstanbulda cəsədi tapıldı - Foto

Arzu Yaqub qızı : Şəhidlik yaşamaqdı - FOTO

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31