Xəbərlər
27.07.2024, 22:17
Bakıda yaşayış binasında yanğın olub
Bakı şəhəri Binəqədi rayonu, Mir Cəlal 13 ünvanında yerləşən mənzildə yanğın qeydə alınıb.
Turaztv.az APA-ya istinadən xəbər verir ki, hadisə 9-cu mikrorayonunda yerləşən doqquz mərtəbəli binanın üçüncü mərtəbəsində baş verib.
Belə ki, yanğın Bakı şəhər sakini Hacıyev Etibar Nəcməddin oğluna məxsus ümumi sahəsi 90 m² mənzilin eyvanında baş verib. Nəticədə bir ədəd su qızdırıcısı yanıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğın söndürülüb.
Hadisə ilə bağlı araşdırma aparılır.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay