Bu maşınlar yarıbayarı ucuzlaşdı
Taksi fəaliyyəti ilə bağlı yeni qaydaların qüvvəyə minməsinə iki gün qalıb. İyulun 1-dən istehsal tarixi 15 ildən artıq olan avtomobillərin bu sahədə fəaliyyəti mümkün olmayacaq. Digər tərəfdən, utilizasiya prosesinin başlanması da köhnə maşınların satışına mənfi təsir göstərir.

Hazırda avtomobil bazarında buraxılış ili köhnə olan maşınlara demək olar ki, tələbat yoxdur. Taksi dövriyyəsindən çıxan avtomobillər isə dəyər-dəyməzinə satılmağa başlayıb.

Bəs görəsən, bu tendensiya davamlı olacaqmı?

Turaztv.az Milli.Az -a istinadən xəbər verir ki, mövzu ilə bağlı yenisabah.az-a danışan Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının direktoru Eyyub Əliyev bildirib ki, hazırda taksi şirkətləri öz avtomobil parklarını daha çox yerli istehsal olan maşınlarla doldurmağa üstünlük verir:

"Son zamanlar müşahidə edirik ki, taksi parkları daha çox yerli istehsal olan avtomobillər almağa üstünlük verir. Bunlar əsasən, Neftçala, Hacıqabul sənaye parkında istehsal olunan "Chevrolet" markalı avtomobillərdir. Çünki biz öyrəşmişik ki, taksidə avtomobil sedan olsun. Bunu nəzərə alaraq, biz şəhərdə daha çox "Chevrolet" markalı yeni taksiləri müşahidə edirik. Onların satış tempinə baxanda görürük ki, taksi şirkətləri daha çox bu qəbildən olan maşınlara meyillidir. Ölkəmizdə baş tutan və tutacaq beynəlxalq tədbirləri nəzərə alsaq, elektrik mühərrikli avtomobillər də taksidə geniş şəkildə istifadə olunmağa başlayıb. Təkcə aşağı və orta deyil, yuxarı seqment Çin avtomobilləri də var ki, taksi şirkətləri tərəfindən alınır. Amma kütləviliyi və daha çox satışı götürsək, sözsüz ki, yerli istehsal avtomobillərin önü daha da açılıb".

Eyyub Əliyev qeyd edib ki, iyulun 1-dən sonra taksi fəaliyyətinə icazə verilməyəcək avtomobillər 50 faizdən çox ucuzlaşacaq:

"Ümumiyyətlə, təkcə taksi sektorunda deyil, son zamanlar verilən qərarlardan sonra bütün nəqliyyat vasitələrində tendensiya dəyişib. Artıq son zamanlar ikinci əl avtomobillərin satışı azalıb və onların qiymətinin nisbətən aşağı düşdüyünü müşahidə edirik. Əsasən, yay aylarında qiymət artımı olsa da, bu il əksinə baş verib. Təkcə taksidə istifadə olunan "Prius"larda deyil, ikinci əl maşınların demək olar ki, hamısında 15-20 faizə qədər ucuzlaşma var. Lakin sırf taksidə istifadə olunan avtomobillərə gəldikdə, qiymətlərin hətta 50 faizə qədər ucuzlaşdığını görürük. Çox güman ki, bundan sonra da onların qiymətində kəskin ucuzlaşma olacaq. Bu maşınlar yəqin ki, artıq paytaxtdan kənara çıxacaq və bölgələrə aparılacaq. Belə olduqda paytaxtın avtomobil parkı yenilənəcək".

Son xəbərlər

Qəlbimin nurunu çöhrəmdə çəkibdir Rəssam,

Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb

Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq

Sazın və Sözün Şirvan Zirvəsi

Salyanda avtoqəza olub, ölən və yaralananlar var

MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək

“Əsas müttəfiqiniz Mehriban xanımdır”

67 İcra Hakimiyyətinin pulu kəsildi

“Terminal işləmir” bəhanəsi ilə nağd pul istəyirlər? - Obyektləri bu cəza gözləyir

Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq

Sabah bəzi yerlərdə yağış yağacaq

Milli Məclisdə "Hərbi xidmət haqqında" yeni qanun layihəsinin hazırlanması təklif olunub

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Milli Məclisin plenar iclası başlayıb, iki yeni qanun layihəsi müzakirə ediləcək

Musa Yaqub dünyəvi şairdir - FOTOLAR

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Azərbaycan Premyer Liqasında IX tura bu gün iki oyunla start veriləcək

"Brent" markalı neftin qiyməti may ayından bəri ilk dəfə 114 dolları ötüb

Bu ərazilərdə işıq olmayacaq

Sumqayıtda YAP-ın VIII Qurultayı ilə bağlı müşavirə keçirildi - FOTOLAR

"Deha"dan sonra bu seriala çəkiləcək - FOTO

Sahibkar “Süni intellekt” adlı yeni siyasi partiya yaratdı

3 yaşlı uşaq traktorun qoşqusu altında qalaraq öldü

İtaliyadakı qıtlıq Merkeli şoka salıb

Meyvə və tərəvəzlərin qida dəyəri 50 faiz azalıb – XƏBƏRDARLIQ

Payızda yaz yaşayırıq – Alimlərin xəbərdarlıq etdiyi GİZLİ TƏHLÜKƏ

Sevinc YUNUSLU : Bağışla ilahi məni, bu gecənin xətrinə… - FORO

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031