Bu dəfə sosial şəbəkələr uduzdu!


Bu gün sübh saatlarında Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin ölüm xəbəri yayıldı.

Ölüm xəbərini ilk olaraq prodüser Sultan Mustafayevin və aparıcı Kamran Həsənlinin sosial şəbəkə səhifələrində yaydığı bildirilir.

Və bir neçə saat sonra sosial şəbəkələri başsağlığı statusları bürüməyə başladı. Bir sıra şəxslərin sözügedən platformalarda ciddi-cəhdlə “xəbəri birinci mən yayım” düşüncəsindən çıxış etməsi Azərbaycanın informasiya məkanındakı “ölüm xəbəri yarışı” problemini yenidən gündəmə gətirdi.

Yaxın aylarda millət vəkili Qənirə Paşayevanın, aktrisa Tünzalə Əliyevanın, Əməkdar artist Aygün Bəylərin nümunələrində yaşanılmış yalan ölüm xəbərlərinin sürətlə tirajlanması bu dəfə Cavanşir Quliyevin timsalında təkrarlanmasa da, insanlarda yenə çaşqınlıq, qeyri-müəyyənlik yaratdı. Eyni tendensiyanın təkrarlanmamasına səbəb isə Heydər Əliyev Fondunun operativ məlumat yayaraq Cavanşir Quliyevin durumu ilə bağlı məsələyə aydınlıq gətirməsi idi.

Bəs bu ölüm xəbərləri niyə çıxır, niyə insanlar ona daha tez inanır?

Heç şübhəsiz ki, bunun əsas səbəbi xəbəri paylaşan insanların cəmiyyət tərəfindən ciddi qəbul edilməsidir. Axı Cavanşir Quliyevlə bir süfrə arxasında əyləşən, tez-tez birgə fotolar paylaşan şəxs və ya şəxslər onun ölüm xəbərini niyə yaysın? Məntiqli cavab tapmaq çətindir.

Hamının ciddi insan kimi tanıdığı şəxsin verdiyi xəbərə inanmaq təbiidir və sosial şəbəkə istifadəçiləri buna inanıb paylaşması normaldır. Elə media subyektlərinin də buna inanmaq haqqı var. Bir tanınmış şəxsin yaxınının, dostunun onun ölüm xəbərini verməsini başqa kimdən dəqiqləşdirmək olar? Cavanşir Quliyevin dostunun onun vəfat etməsi barədə etdiyi paylaşıma hamı istinad edə bilər. Bəs, dost, görəsən, bu doğru olmayan xəbəri niyə yayır? Belə görünür ki, söhbət xəbərdən gedirsə, dosta da inanmaq olmaz. Sosial şəbəkə heç bir məsuliyyət daşımır, media isə əksinə. 

Bu səbəbdən xəstəxana və ya xəbər subyektinin ailə üzvləri informasiya barədə hələ susursa, açıqlama verməyibsə, gözləmək lazımdır. İnformasiyanı dəqiqləşdirmək, onu xəbərə çevirmək və daha sonra təqdim etmək vacibdir. Kiminsə ölüm xəbərinə görə gecikmək də olar, təki belə xəbərdə gecikək... Bugünkü nümunə də onu göstərdi. Bu dəfə sosial şəbəkələr tələsdi və uduzdu, media isə ona inanmaqla.

Göründüyü kimi hər informasiya xəbər deyil. Jurnalistikada xəbər peşəkar məhsuldur. Və sosial şəbəkələrdə yayılmış hər informasiyaya etibar etmək olmaz!(“Qafqazinfo”)

Son xəbərlər

"İrana qarşı blokada uğursuzluğa məhkumdur" - Pezeşkian

Azərbaycan Deflimpiya hərəkatı - Qısa müddətdə böyük uğur

QIZBƏS QƏBƏLƏ : NƏ YAXŞI Kİ, DÜNYADA SÖZ ADLI SƏLTƏNƏT VAR - FOTO

Dövlət başçısı: Əminəm ki, gələcəkdə də qızlar qızıl medal qazanacaqlar, mən buna şübhə etmirəm

Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib

Rezidenturaya qəbul imtahanının I mərhələsində 1702 namizəd iştirak edəcək

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq

Azərbaycan nefti 6 dollardan çox bahalaşıb

BİZİM TƏQVİM:30 apreldə baş vermiş tarixi hadisələr

Neft Akademiyasında törədilmiş terror aktından 17 il ötür

XTQ-nin yaradılmasından 27 il ötür

Enrike Çempionlar Liqası tarixində rekorda imza atdı

Türkiyədə 2 min il tarixi olan Afina heykəli tapıldı

Lukaşenkonun oğullarına 10 illik sanksiya tətbiq olundu

12 qurban, 17 illik hüzun...

"İstəyirsən övladın hamı kimi olsun" - Yüzbəyov autizmli uşaqlarından danışdı

SEVİNC YUNUSLU : Qorxma mən hələ ölmürəm.. - FOTO

CƏMİL ZƏBHULLAOĞLU : SABİRANƏ - FOTO

ADNA terrorundan 17 il ötür

İsveç vətəndaşlıq almaq üçün qaydaları sərtləşdirir

Niyə axşam uçuşlarından uzaq durmaq lazımdır? - Bələdçi izah edir

Sağlam olmayan münasibətlərin 4 əlaməti - Psixoloq xəbərdarlıq etdi

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb - FOTOLAR

"Kuruluş Osman"ın aktrisası "Delikanlı"da - FOTO

Kubilayın yeni layihəsi bəlli oldu - FOTOLAR

Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib

Kəmaləddin Heydərov Özbəkistanda səfərdə olub - VİDEO

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930