Səudiyyə şahzadəsi dünyanın ən varlı adamının intim görüntülərini ələ keçirib
Dünyanın ən varlı adamı, “Amazon” şirkətinin sahibi olan Ceff Bezosun boşanmasına və keçmiş arvadına rekord həcmdə -33 milyard dollar təzminat ödəməsinə səbəb olan qalmaqalın səbəbkarı Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi, ölkənin faktiki hökmdarı Məhəmməd bin Salmandır.
Bu barədə “The Guardian” yazıb. Qəzetə məlumat verən mənbələr bildiriblər ki, Ceff Bezosun smartfonunun sındırılması və onun telefonundan böyük həcmdə şəxsi məlumatların, o cümlədən rəfiqəsi ilə intim görüntülərinin ələ keçirilməsi onun Məhəmməd bin Salmanla 201-ci ilin yazında şəxsi yazışmasından sonra baş verib.

Milyarderin vəkili şahzadə Salmanın hakerlərinin onun müştərisinə zərər vurmaq niyyətini bununla əsaslandırıb ki, Ceff Bezosun sahibi olduğu “The Washington Post” qəzeti o zaman jurnalist Camal Xaşouqinin Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürülərək cəsədinin doğranılması qalmaqalını fəal şəkildə işıqlandırırdı. Və həmin qətlin arxasında Məhəmməd bin Salmanın olduğunu yazırdı.

Mənbələr deyiblər ki, 2018-ci ilin yazında Ceff Bezosla Məhəmməd bin Salman arasında internet üzərindən “dostcasına yazışma” olub. Bu zaman şahzadə milyarderə videofayl göndərib. Həmin videofayl əslində proqram-virus idi və Bezos faylı açan kimi virus avtomatik olaraq onun smartfonuna yüklənib. Və daha sonra milyarderin smartfonundan böyük həcmdə şəxsi məlumatları ələ keçirərək ötürüb.

Bir müddət sonra Bezosun intim görüntüləri internetə sızdırılıb. Məlum olub ki, 55 yaşlı multimilyarder Latın Amerikasından olan teleaparıcı Loren Sançeslə sevgilidir. Bezosun arvadı və onunla birlikdə “Amazon” şirkətini quranlardan olan Makkenzi Bezos dərhal boşanma iddiası qaldırıb. Bezosun 26 ildir birgə nigahda olduğu arvadı ilə boşanma prosesi 2019-cu ildə onun 116 milyard dollarlıq sərvətinin təxminən üçdə birini itirməsi ilə nəticələnib. Və Bezos sevgilisi ilə evlənib.

Qəzetin yazdığına görə, Ceff Bezosun smartfonunun sındırılmasını araşdıran kibertəhlükəsizlik ekspertləri zərərli faylın ona məhz Məhəmməd bin Salmanın telefonundan göndərildiyini sübuta yetiriblər.

Həmin virusun ələ keçirdiyi məlumatlar arasında Bezosun sevgilisi ilə intim yazışmaları və ona göndərdiyi çılpaq görüntüləri də yer alırdı.(virtualaz.org)

Son xəbərlər

160 milyon manatdan çox maliyyə pozuntusu aşkarlanıb - Palata sədri

“Revanş oyununa çox ümidliyik” - ÇSKA-nın baş məşqçisi

"Qodzilla"nın 18 yaşlı ulduzu faciəvi şəkildə öldü

Avropa Liqası: "Beşiktaş" qələbə ilə başlayıb

PÜSTƏ RƏVAN : AĞRIMA ÜRƏYİM AĞRIMA - FOTO

“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?

Qəmə yar olmadı biganə olandan sonra - FOTO

Yeni söz , yeni nəfəs axtarışında- FOTO

Bir qərib sevdadan xatalı oldum - Sevinc Yunuslunun şeirləri

Dənizə gedərkən zəhərlənməyin - ARAŞDIRMA

QOŞMA ƏDƏBİ MƏCLİSİnin növbəti tədbiri keçiriləcək.

Engin Altanın yeni işi bilindi

Məşhur azərbaycanlı sənətkarların qızı ABŞ-də assosiasiya prezidenti seçildi

"Qarabağ" - ÇSKA oyununda qalib müəyyənləşməyib - YENİLƏNİB

Pişiyinin hücumuna məruz qaldı - Fotolar

"Çəhrayı pantera" ilə tanınan ifaçı vəfat etdi

ANCA, lobbi və "dostları" Ermənistana qarşı - sülhsevər olmayan konqresmenlər - ŞƏRH

Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir

AQP: Tikinti bazarı "mülayim artım və sabitlik" mərhələsindədir

Sabah Biləsuvarın 7 kəndində qaz olmayacaq

Gözəllik eşqi həyatına son qoydu - FOTOLAR

Ornella Muti və qızı Rusiya vətəndaşı olmaq istəyir

Bu imtahana giriş 40 manat olacaq

Bakıda tələbə oğlanın meyiti tapıldı

Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq

Azərbaycanda iyulun pensiya ödənişi yekunlaşıb

Tailandda silahlı hücum nəticəsində təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı həlak olub

UEFA Konfrans Liqası: "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031