Xəbərlər
10.02.2024, 00:13
ABŞ Ekvadora hərbi dəstəyi artırır
ABŞ Ekvadora hərbi dəstəyi artırır və bu ölkəyə martın sonunadək C-130 hərbi-nəqliyyat təyyarəsi təhvil vermək niyyətindədir.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Adrien Vatson bildirib.
“ABŞ zorakılığın baş verməsi fonunda Ekvador xalqının yanındadır", - deyə A.Vatson qeyd edib.
O aydınlaşdırıb ki, amerikalı mütəxəssislər Ekvador Prezidenti və vitse-prezidentinin mühafizəsinə cavabdeh olan 35 nəfərə təlim keçiblər.
Milli Təhlükəsizlik Xidmətinin rəsmisi bildirib ki, ABŞ Ekvador müdafiə departamentinin kompüter sistemlərini qorumaq üçün 13 milyon dollar dəyərində avadanlıq, həmçinin polis orqanlarına 2,4 milyon dollar dəyərində avadanlıq və mexanizmlər təqdim etmək niyyətindədir.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay