
Xəbərlər
14.01.2020, 10:25
Çində avtobusun yolda yaranmış çuxura düşməsi nəticəsində 6 nəfər ölüb

Çinin şimal-qərbindəki Sinin şəhərində yolda qəfildən çuxurun yaranması və bir avtobusun çuxura düşməsi nəticəsində 6 nəfər ölüb, 16 nəfər yaralanıb.
Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Bundan əvvəl “SINA” informasiya portalı hadisə zamanı 13 nəfərin yaralandığı, 2 nəfərin itkin düşdüyü barədə məlumat vermişdi.
Bildirilir ki, hadisə bazar ertəsi yerli vaxtla 17:36-da (Bakı vaxtı ilə 13:36) baş verib. Xilasedicilər hadisə yerində işləri davam etdirir. Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib, həkimlər onların vəziyyətlərinin stabil olduğunu bildirib.
İnsidentin səbəbləri araşdırılır.(apa)
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay








