
Xəbərlər
12.10.2019, 15:30
Üç avtobusun yolu dəyişdiriləcək

Akademik Şəfaət Mehdiyev küçəsinin general A. Abbasov və Ə.Haqverdiyev küçələri arasında yerləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.
Azxeber.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. Qeyd olunub ki, 6, 17 və 59 nömrəli müntəzəm marşrutlar üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcəkdir.
Oktyabrın 13-dən başlayacaq dəyişiklik yolda təmir işləri yekunlaşanadək qüvvədə qalacaq
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay









