AZƏRBAYCAN DÖVLƏTİNƏ VƏ DÖVLƏTÇİLİYİNƏ FƏDA EDİLMİŞ ŞƏRƏFLİ ÖMÜR - FOTOLAR

AZƏRBAYCAN DÖVLƏTİNƏ VƏ DÖVLƏTÇİLİYİNƏ FƏDA EDİLMİŞ ŞƏRƏFLİ ÖMÜR.

“Həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.”.

Heydər Əliyev

Azərbaycan Xalqının Ümummilli Lideri

Tarixdə bir çox böyük şəxsiyyətlər olub ki, Tanrının onlara verdiyi ömürü onlar, xalqı, dövləti, ölkəsinin dövlətçiliyi üçün fəda edib. Bunlardan biri, bəlkə də birincisi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevdir. O, öz mənalı və zəngin ömrünü bütövlükdə millətinə, xalqına, vətəninə və dövlətinə həsr etmişdir. Millətini canından artıq sevən ulu öndərə olan sonsuz xalq məhəbbətinin sirri də məhz elə budur. Viktor Mari Hüqo demişdir: “Əsl insanın vəzifəsinin yarısı vətənə, digər yarısı da xalqa xidmət etməkdən ibarətdir.”. Tükənməz millət sevgisinin nəticəsidir ki, müstəsna xidmətləri ilə Azərbaycanın taleyində misilsiz rolu olan, müstəqilliyimizin müəllifi və müasir dövlətimizin memarı, ölkəmizi sürətli inkişaf yoluna çıxarmaqla dünya birliyinə qovuşdurmuş dünya şöhrətli nəhəng siyasətçi-Heydər Əliyevin doğum günü hər il respublikamızda, eləcə də onun hüdudlarından çox-çox uzaqlarda böyük təntənə ilə qeyd olunur, əbədiyaşar liderimizin parlaq xatirəsi dərin ehtiramla yad edilir.
AZƏRBAYCAN DÖVLƏTİNƏ VƏ DÖVLƏTÇİLİYİNƏ FƏDA EDİLMİŞ ŞƏRƏFLİ ÖMÜR - FOTOLAR

10 may 1923-cü il tarixdə dünyaya gələn dahi insan Heydər Əliyev hələ uşaq vaxtlarından fitri istedadı, bacarığı, təhsilə olan marağı, davranışı, yeniyetmə dövründən isə nəzəri bilikləri, aydın nitqi, cəsarəti ilə həmyaşıdlarından seçilməklə bərabər, həyata baxışı, milli-mənəvi dəyərlərə bağlılığı, vətənpərvərliyi və digər qeyri-adi müsbət cəhətləri ilə diqqət cəlb edirdi. Eyni zamanda o, istiqanlılığı, səmimiliyi, mehribanlığı, dürüstlüyü, dəqiqliyi və digər məziyyətləri ilə onu tanıyan hər bir kəsin rəğbətini qazanırdı. Bütün bu yüksək insani keyfiyyətlər Heydər Əliyevi elə gənc yaşlarından kamil insan, dəyərli vətəndaş, ziyalı, bir sözlə əsl şəxsiyyət kimi formalaşdırır və onun cəmiyyətdəki rolu getdikcə daha da artırdı. Cavan olmasına rəğmən, həyatın gərdişini dərindən dərk edən Heydər Əliyev 1944-cü ildə bir çox insanın arzusunda olduğu, fəqət hər insanın müvəffəq ola bilmədiyi, yalnız hərtərəfli püxtələşmiş şəxslərin əldə edə biləcəyi uğura imza atmaqla dövlət təhlükəsizliyi orqanlarına qulluğa qəbul olunur və dəyərli ömrünün 25 ilini həmin orqanda ləyaqətlə xidmət keçir.
AZƏRBAYCAN DÖVLƏTİNƏ VƏ DÖVLƏTÇİLİYİNƏ FƏDA EDİLMİŞ ŞƏRƏFLİ ÖMÜR - FOTOLAR

Zəngin elmi, geniş dünyagörüşü, yüksək mənəvi-əxlaqi keyfiyyətləri, peşə biliklərini mükəmməl qavraması, təşəbbüskarlığı, mübarizliyi, fenomenal yaddaşı, işə vicdanlı münasibəti, nümunəvi xidməti, prinsipiallığı və mahir idarəçilik qabiliyyəti Heydər Əliyevin uğurlarının davamlılığını şərtləndirir, müxtəlif mükafatlarla təltif olunan, eləcə də ardıcıl olaraq vəzifədə irəli çəkilən ulu öndər 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə qədər yüksəlir və elə həmin ildə də ona general-mayor ali hərbi rütbəsi verilir. Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə uzun onilliklərdən sonra ilk dəfə olaraq azərbaycanlının təyin edilməsi, bu orqanın tarixində yeni bir mərhələnin başlanğıcı idi. Heydər Əliyevin bu vəzifəyə gəlişi hər şeydən əvvəl Azərbaycan SSR DTK-nın uğuru idi, çünki artıq bu orqana səriştəli, təcrübəli və peşəkar əks-kəşfiyyatçı, təhlükəsizlik sisteminin daxili iş mexanizmini, əməliyyat heyətinin qarşısında duran vəzifələri dərindən bilən, ən başlıcası isə xalqının milli maraqlarının təminatçısı olan azərbaycanlı rəhbərlik eliyəcəydi. Sirr deyil ki, XX əsrin 20-30-cu illərində qeyri millətlərin antiazərbaycan nümayəndələrinin və ermənilərin kök saldığı,xalqımıza qarşı qanlı repressiyalar hazırlayıb həyata keçirmiş dövlət təhlükəsizlik orqanlarının millətimizin düşmənlərindən təmizlənməsi və milliləşdirilməsi kimi son dərəcə çətin və şərəfli missiyaya ilk dəfə hələ sovet rejiminin ən qüdrətli vaxtlarında məhz Heydər Əliyev başlamışdır.
AZƏRBAYCAN DÖVLƏTİNƏ VƏ DÖVLƏTÇİLİYİNƏ FƏDA EDİLMİŞ ŞƏRƏFLİ ÖMÜR - FOTOLAR

Milli kökə və yaddaşa bağlı olan ümummilli lider 50-ci ildən başladığı azərbaycanlılaşdırma prosesini yeni səlahiyyətləri çərçivəsində daha da inkişaf etdirdi. Məhz onun səyi nəticəsində təhlükəsizlik orqanlarında azərbaycanlı kadrların sayı xeyli artdı. Bununla da, Heydər Əliyev milli əhval-ruhiyyəli və vətənpərvər ziyalı kadrları Dövlət Təhlükəsizlik Komitəsinə qulluğa qəbul etdirməklə, həm onları layiq olduqları işlə təmin edir, həm orqanı milliləşdirir, həm də əsassız təqiblərə və repressiyalara məruz qalmış xalqımızın qeyrətli övladlarını onlara qarşı gözlənilən təhdidlərdən qorumaqla növbəti təhlükələrin qarşısını alırdı. Həmçinin gələcək müstəqil Azərbaycanın milli kadr potensialının formalaşmasına zəmin yaradırdı. Beləliklə, Heydər Əliyevin DTX-da rəhbər vəzifələrdə çalışdığı müddətdə milli şüurun oyanması istiqamətində əməli addımlar atılmaqla milliləşmə prosesinin əsası qoyuldu. Eyni zamanda repressiyalara məruz qalan azərbaycanlıların reabilitasiyasına şərait yaradıldı, repressiya qurbanlarının ailə üzvlərinə olan ögey münasibət aradan qaldırıldı və onlar müvafiq işlərlə təmin olundu. Azərbaycanın milli ziyalıları və dissidentlər imperiyanın növbəti təzyiqlərindən yaxa qurtardı. Göründüyü kimi, təhlükəsizlik orqanlarında işlədiyi dövrdə də ulu öndərin vətən və xalq qarşısındakı xidmətləri müstəsna əhəmiyyət kəsb etmişdir.
AZƏRBAYCAN DÖVLƏTİNƏ VƏ DÖVLƏTÇİLİYİNƏ FƏDA EDİLMİŞ ŞƏRƏFLİ ÖMÜR - FOTOLAR

Heydər Əliyev respublikamızın müstəqilliyi dövründə də, xalqının köməyinə çatdı, qüdrətli Azərbaycan dövlətin qurdu.
Bu günki qüdrətli Azərbaycan məhz Heydər Əliyevin şah əsəridir.

"Siyəzənneft" NQÇİ-nin rəisi
Ayaz Bağırov

Son xəbərlər

Hacıyevlər ailəsində sevincli anlar - FOTO

“Evdə tək”in aktyoru vəfat etdi

Azərbaycan nefti cüzi ucuzlaşıb

FHN gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Paytaxtın üç rayonuna elektrik enerjisinin verilişində fasilə yaranacaq

Xanım jurnalistə vəzifə verildi

Prezident ailəsinin səmimi - Fotosu

Çempionlar Liqası: "Fənərbağça" 18 il sonra əsas mərhələyə vəsiqə qazanıb

Əsgərlikdən saxlatmaq üçün 24 min manat aldı

Milli Qəhrəmanın oğlu bu universitetə qəbul oldu

Əminə Ərdoğandan Mehriban Əliyevaya təbrik zəngi

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

SƏMƏD VURĞUN-120

Nepalda baş verən daşqın səbəbindən 157 nəfər ölüb

"Kurtlar Vadisi" serialının aktyoru həyatını itirdi

Mahnılarından biri 20 il müddətində zaman kapsulunda qalacaq

Qızıldan don geyindi - Fotolar

Azərbaycanda yeni qayda: Sentyabrın 1-dən ödənişli olacaq – FOTO

111 rəqəmini tez-tez görürsünüz? - Mələklər sizi izləyir

Professor və gənc pedaqoqun yanlış və düzgün tərbiyə problemlərinə dair kitabı nəşr olunmuşdur.

Quba-Xəzəryanı neft-qaz regionunda geofiziki məlumatların toplanması payızda başa çatacaq

İran Prezidentinin qızı Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

SEPAH: İran və Oman Hörmüzdə gəlirlərin bölüşdürülməsi barədə razılığa gəliblər

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Sabahdan Bakıda və rayonlarda külək güclənəcək

10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır

Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31