
Xəbərlər
6.11.2023, 22:50
"Bu necə darıxmaqdır?" Müəllif : GÜNEL TÜRKSOY - FOTO
"Bu necə darıxmaqdır?"
Bu necə darıxmaqdır?
Keçmir gecəm,gündüzüm.
Səsini esitməsəm,
Gülə bilmir üz-gözüm,
Bu necə darıxmaqdır?
Hər anım əzab,zülüm.
Bəlkə belə gəlirmiş,
Səssiz-səmirsiz ölüm?
Bu necə darıxmaqdır?
Üşüdür əllərimi .
Dönüb dəli küləyə
Dağıdır tellərimi.
Bu necə darıxmaqdır?
Məni məndən bezdirir.
Tükəndirib səbrimi,
Ümidimi üzdürür.
Bu necə darıxmaqdır?
Mənə şeir yazdırır.
Qurduğum xəyalları,
Sətirlərdə azdırır...
Keçmir gecəm,gündüzüm.
Səsini esitməsəm,
Gülə bilmir üz-gözüm,
Bu necə darıxmaqdır?
Hər anım əzab,zülüm.
Bəlkə belə gəlirmiş,
Səssiz-səmirsiz ölüm?
Bu necə darıxmaqdır?
Üşüdür əllərimi .
Dönüb dəli küləyə
Dağıdır tellərimi.
Bu necə darıxmaqdır?
Məni məndən bezdirir.
Tükəndirib səbrimi,
Ümidimi üzdürür.
Bu necə darıxmaqdır?
Mənə şeir yazdırır.
Qurduğum xəyalları,
Sətirlərdə azdırır...
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











