Hikmət Babaoğlu: Sülhə gedən yollardan biri də Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışından keçir
Bu gün biz milli mübarizəmizin tamamilə yeni mərhələsinə qədəm qoymuşuq. Bu mərhələ xalqımız qarşısında yeni çağırışlar yaradır. Bu vəzifə və çağırışların, Qərbi Azərbaycana qayıdışımızın beynəlxalq hüquqi əsaslarının dünyaya tanıdılması olduqca vacibdir. Belə ki, Azərbaycan xalqının öz tarixi torpaqlarına qayıtmaq istəməsini ermənilər bütün dünyaya bir işğal kimi təqdim edirlər. Lakin bu, belə deyil. Bu səbəbdən də müxtəlif ölkələrdə keçirilən konfranslarda həqiqəti dünya ictimaiyyətinə çatdırmaq olduqca vacibdir. Qardaş Türkiyədə ictimaiyyət nümayəndələri hər zaman Azərbaycanın yanında olub. Lakin, belə tədbirlər gənc nəslin Qərbi Azərbaycanla bağlı həqiqətləri bilməsi, tarixi mübarizəmizdə bizə dəstək verməsi, gələcəkdə bu mübarizənin davam etdirilməsi baxımından olduqca vacibdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyədə səfərdə olan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Deputat deyib: “Keçirilən konfranslarda qayıdışımızın müxtəlif aspektlərinə toxunulur. Burada tarixi həqiqətlərin, qayıdışın hüquqi əsaslarının nədən ibarət olduğu, gələcəkdə Ermənistana qayıtdığımız təqdirdə orada birgə yaşayışın təmin olunması kimi amillər bir konsepsiya halına gətirilib. Bütün bunlar birgə yaşayışı beynəlxalq hüquq normaları daxilində təmin edən əsaslardır”.

Bildirilib ki, Azərbaycan ilə Ermənistan arasında sülhə mane olan əsas səbəblərdən biri ümumi etimad mühitinin olmamasıdır. Qərbi Azərbaycan İcmasının məqsədlərindən biri də öz tarixi torpaqlarımıza qayıtmaqla, həm də Ermənistan ilə Azərbaycan arasında bağlanması nəzərdə tutulan sülh, bu sülhün davamlılığı və regionun inteqrasiyası üçün bir ictimai etimad mühitinin yaradılmasına töhfə verməkdir.

Qeyd edilib ki, hazırda Birləşmiş Millətlər Təşkilatı, UNESCO kimi müxtəlif beynəlxalq təşkilatlar Qərbi azərbaycanlıların səsini eşitməkdədirlər: “Biz ümid edirik ki, Ermənistanın Baş naziri Nikol Paşinyan da bizim Ermənistana qayıdaraq, onların konstitusiyasına uyğun şəkildə təhlükəsiz yaşamaq istəyimizə təminat verəcək. Azərbaycan dövləti öz tərəfindən Azərbaycanda yaşayan ermənilərin bütün hüquq və təhlükəsizliyini təmin etməyə hazır olduğunu bəyan edir”.

“Ermənistanın bu gün bununla bağlı fikir bildirmir, Qərbi azərbaycanlıların konstitusiya əsasında qayıdıb öz vətənlərində yaşamasına təminat vermir. Halbuki sülhə gedən yollardan biri də məhz Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışından keçir. Bu gün Türkiyədə bu fikirlərin bir daha bəyan olunması şübhəsiz ki, regional inteqrasiya baxımından aktualdır. Yəni, bütövlükdə gələcəkdə üçtərəfli tərəfdaşlığın üzvü olacaq ölkələrin ictimai rəyi də bu prosesi dəstəkləməlidir”, - deyə deputat bildirib.

Son xəbərlər

Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub - SİYAHI

Şavkat Mirziyoyev 850-dən çox məhkumu əfv edib

İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik

Azərbaycana bu iki ölkədən daha çox turist gəlir

Nigar Fərhad saxlanıldı

Azərbaycan üçün şad xəbər: ölkənin yeni “qara qızıl”ı...

Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq

Azərbaycanda bu ad cəmi 3 uşağa verilib

Yaş insanın ürəyinə verilmiş son istifadə tarixi deyil...

Hacıyevlər ailəsində sevincli anlar - FOTO

“Evdə tək”in aktyoru vəfat etdi

Azərbaycan nefti cüzi ucuzlaşıb

FHN gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Paytaxtın üç rayonuna elektrik enerjisinin verilişində fasilə yaranacaq

Xanım jurnalistə vəzifə verildi

Prezident ailəsinin səmimi - Fotosu

Çempionlar Liqası: "Fənərbağça" 18 il sonra əsas mərhələyə vəsiqə qazanıb

Əsgərlikdən saxlatmaq üçün 24 min manat aldı

Milli Qəhrəmanın oğlu bu universitetə qəbul oldu

Əminə Ərdoğandan Mehriban Əliyevaya təbrik zəngi

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

SƏMƏD VURĞUN-120

Nepalda baş verən daşqın səbəbindən 157 nəfər ölüb

"Kurtlar Vadisi" serialının aktyoru həyatını itirdi

Mahnılarından biri 20 il müddətində zaman kapsulunda qalacaq

Qızıldan don geyindi - Fotolar

Azərbaycanda yeni qayda: Sentyabrın 1-dən ödənişli olacaq – FOTO

111 rəqəmini tez-tez görürsünüz? - Mələklər sizi izləyir

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31