Aygün MƏMMƏDOVA - 55
Aygün MƏMMƏDOVA - 55

DÜNYANI BƏZƏYİR QADIN ZƏHMƏTİ

Ağır və çətin işlər, adətən, kişilərə həvalə olunur. Amma o qədər də asan olmayan belə işlərin öhdəsindən gəlməyi bacaran qadınlarımız da çoxdur. Belə xanımlardan biri də Aygün Məmmədovadır. Onu yaxından tanımaq, işinin öhdəsindən necə gəldiyini öyrənmək üçün gərək onu addım-addım izləyəsən, işinin xarakterik xüsusiyyətlərinə bələd olasan.
Qadın Tanrıdan sonra ikinci yaradıcı qüvvəyə malik şəxsdir. Qadın atasına qız, anasına həmdəm, qardaşına bacı, sevdiyi şəxsə məhəbbət, övladına anadır. Qadın zəhmətkeşdir, sevgi doludur, bütün ağrısını, acısını gözlərinin dərinliklərində dəfn edib həyata, sevdiyinə, valideyninə, övladına, cəmiyyətə gülümsəməyi bacarandır. Qadın yaşından, bədənindən, qüvvəsindən qat-qat ağır yükün öhdəsindən sevdiklərinin xətrinə dodaqlarındakı təbəssümü ilə gələn fədakardır. Qadın "kipriyi ilə od götürüb, saçlarını süpürgə etməyi" bacarandır. Məhz Aygün xanım da belələrindəndir.
Aygün xanım deyir ki, evdar qadınlar daha bacarıqlı və işgüzardırlar. Hər bir sahədə böyük uğurlara imza atan Azərbaycan qadını ailədə də ciddi uğurlar qazanar. O da işdən sonrakı boş vaxtlarını dəyərləndirərək ailə qayğıları ilə məşğul olur. Valideyn olmaq özü şərəfli və məsuliyyətli yükdür.
"Qadın zəif məxluqdur" bu ifadə həyatda çox eşidirik Qadına zəif demək ilk dəfə kimin ağlına gəlib görəsən? Axı bu dünya hələ daş dövründə mövcud olan anaxaqanlığının üzərində qurulub. Nə idi anaxaqanlığı? Bu proses hələ üst paleolit dövründə yaranmışdı. İcmanın bütün işlərində öncül olan qadınlar idarəetməni də öz üzərilərinə götürmüşdülər. Həmin zaman yemək bişirmək, odu qoruyub saxlamaq, uşaqlara baxmaq, məhsul-qida toplamaq qadının işi idi və qəbilə ana xətti ilə qohumluq əsasında yaranmışdı.

Sonradan isə cəmiyyətdə qadın bir addım geriyə çəkildi və patriartxat, yəni ataxaqanlığı yarandı. Bəs, qadın həmin işlərindən imtina etdimi? Təbii ki, yox. Qadının işləri daha da artmağa başladı, nəinki azalmaq. Heç təsadüfi deyil ki, İohann Kristof Fridrix Şiller deyirdi ki, dünyanı yaşayış üçün yararlı hala salan qadınlardır.
Aygün MƏMMƏDOVA - 55

Bütün bunlara baxmayaraq qadın heç zaman zəif məxluq olmayıb. Amma qadın zərif məxluqdur. Bunu da kimsə inkar edə bilməz. Qadın zərafəti ilə, həssas, kövrək qəlbi ilə, analığı ilə zəriflik Tanrısıdır!
Hazırda ictimai həyatımızda daimi fəaliyyət göstərib uğur əldə edən qadınlarımız var. Cəmiyyətimizdə fəaliyyət göstərən, böyük nüfuz sahibi olan qadınlarımızdan biri də Aygün Abasqulu qızı Məmmədovadır.
Bu xanım xeyli vaxtdır ki, mətbuatdadır. Həyatı boyu hər zaman haqq tərəfdarı olub, övladlarını da bu ruhda böyüdüb. Onun fikrincə, yazarın yaradıcılığı, düşünmə bacarığı, araşdırma qabiliyyəti olmalıdır. Bu sənətdə təkrarçılığa yol vermək olmaz. “Bu elə bir peşədir ki, gərək özünü hər gün sübut edəsən. Yoxsa 100 diplomun olsun, yaza bilmirsənsə, boynuna götürdüyün işi sonadək başa çatdırmayırsansa, bir işə yaramayacaq. Yazarın hadisələrə yanaşma bacarığı yoxdursa, ona heç nə kömək etməyəcək”, - deyir Aygün xanım.
Zəhməti, əziyyəti, əsəbi, qələmi, gecə-gündüz çalışmağı hesabına çox şeyə nail olub. Xeyirxahlığı, təvazökarlığı, işgüzarlığı, gözəl ailəsi ilə başqalarına nümunədir. Sevincini dostları ilə bölüşüb, dərdini, kədərini, nisgilini, acısını-ağrısını içində yaşadıb. Həyat çox halda üzünə gülməsə də, o, gülməyi, dostlarının sevincinə sevinməyi bacarıb. İmkanları geniş olub, müxtəlif sahələrdə çalışan qohumları, dostları olsa da, heç vaxt, heç kəsə öz işi üçün ağız açmayıb. Ailənin ruzisini qələmindən çıxarıb.
Aygün MƏMMƏDOVA - 55

Aygün Məmmədovanın bu gün ad günüdür. Masallıda anadan olub. 1985-ci ildə elə Masallıda da orta təhsilini başa vurub. 1989-cu ildə isə hüquqşünas ixtisasına yiyələnib. Təhsil almaqla yanaşı rayon icra hakimiyyətində çalışıb.
Az müddət sonra bu sahədə çalışmaq üçün təklif alır və Bakı şəhərinə köçüb və 23 ildir ki, Bakı şəhərində yaşayır, çalışır, yaradır. Ailəlidir, 2 oğlu var. Onlar cəmiyyətə yararlı ruhda böyüdülüb tərbiyə edilib.
Media sahəsində çalışdığı müddətdə tərcümeyi-halı müxtəlif qəzetlərlə zəngin olub. Belə ki, əvvəlcə “Qanunçuluğun keşiyində” şöbə müdiri, “Iskra” qəzetində redaktor müavini, “Zamanpress”də redaktor, “Tale yolları”nda redaktor müavini, “Bakineç” saytında və şəhidlərin, müharibə veteranlarının cəmiyyətində hüquqşünas kimi fəaliyyət göstərib. Hazırda “Əsrin qəzeti”ndə şöbə müdiri vəzifəsində çalışır.
Və fütrsətdən faydalanaraq “Turaz.tv.az” saytı vasitəsilə dostumuz Aygün xanımı yubiley yaşı münasibətilə təbrik edib ona cansağlığı və qadın xoşbəxtliyi arzulayırıq.

Ad günün, şad günün mübarək olsun,
Masallının namususan sən, Aygün.
El deyib, ot bitər öz kökü üstə,
Kökünə-soyuna bağlı ay Aygün.

Müəllimin zəhməti yağan ağ yağış,
Ömrün hər üzünə vurar min naxış.
Övlad, ər yetirdin – qüdrətə alqış,
Saldın zirvələrə cığır, ay Aygün.

Canım qurban igidlərin mərdinə,
Yandın Səməndər tək elin dərdinə.
Səs verdin hər işə, haqqın mərdinə,
Hər işi-əməli doğru, ay Aygün.

Arzum budur, ömrü boyu güləsən,
Sevincin çoxala – nəvə görəsən.
Bağban olub öz barını dərəsən,
Tükənməz həyatın nağılı, ay Aygün.

Atalar deyibdi, zaval yox düzə,
Əlli beş nədir ki, çatasan yüzə.
Daşdəmir bağlıdır söhbətə-sözə,
Gözəllərin gözəlisən, ay Aygün.

Aygün MƏMMƏDOVA - 55


Daşdəmir ƏJDƏROĞLU

Son xəbərlər

Haaqada "Bosniya qəssabı" Ratko Mladiç ölüb

Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib

"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM

Sabah Sabirabadın 10 kəndində qaz kəsiləcək

Rusiya ordusu Xarkovda ticarət mərkəzini dronla vurub: 1 nəfər ölüb, 4 yaralı var

Məleykə Abbaszadə: Ötən ilin keçid balı builki keçid balının göstəricisi kimi qəbul edilməməlidir

Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub - SİYAHI

Şavkat Mirziyoyev 850-dən çox məhkumu əfv edib

İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik

Azərbaycana bu iki ölkədən daha çox turist gəlir

Nigar Fərhad saxlanıldı

Azərbaycan üçün şad xəbər: ölkənin yeni “qara qızıl”ı...

Sentyabrdan bir neçə dərslik yenilənmiş məzmunda tədris olunacaq

Azərbaycanda bu ad cəmi 3 uşağa verilib

Yaş insanın ürəyinə verilmiş son istifadə tarixi deyil...

Hacıyevlər ailəsində sevincli anlar - FOTO

“Evdə tək”in aktyoru vəfat etdi

Azərbaycan nefti cüzi ucuzlaşıb

FHN gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Paytaxtın üç rayonuna elektrik enerjisinin verilişində fasilə yaranacaq

Xanım jurnalistə vəzifə verildi

Prezident ailəsinin səmimi - Fotosu

Çempionlar Liqası: "Fənərbağça" 18 il sonra əsas mərhələyə vəsiqə qazanıb

Əsgərlikdən saxlatmaq üçün 24 min manat aldı

Milli Qəhrəmanın oğlu bu universitetə qəbul oldu

Əminə Ərdoğandan Mehriban Əliyevaya təbrik zəngi

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

SƏMƏD VURĞUN-120

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31