İşğaldan azad olunan Bəsitçay Dövlət Təbiət Qoruğu füsunkar gözəlliyinə qovuşur - FOTOLAR
Bəsitçay Dövlət Təbiət Qoruğu Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə 1974-cü ildə yaradılıb. Qoruq Azərbaycanın cənub-qərbində, Zəngilan rayonu ərazisində Bəsitçayın dərəsində yerləşir. Qoruq müvafiq ərazinin landşaft kompleksini, xüsusilə nadir təbii çinar meşəliyini qorumaq məqsədilə təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qoruğun adı dərəsində yerləşdiyi çayın adı ilə bağlıdır. Bəsitçay respublika qoruqlarının ən kiçiyidir və sahəsi 107 hektardır. Meşə ilə örtülü sahənin əsas ağac cinsi Şərq çinarıdır. Qoruğun yerləşdiyi ərazi əsasən dağlıq olub, dəniz səviyyəsindən hündürlüyü 600-800 metrə qədərdir. Sağ sahil dik yamaclı dağlardan, sol sahil isə təpəliklərdən ibarətdir. Çay dərəsi boyunca ensiz allüvial düzənlik uzanır. Buradakı dağlar Bəsitçayın qolları ilə xeyli parçalanıb. Qoruq ərazisi qışı quraq keçən mülayim-isti iqlim tipinə aiddir. Yayının isti olması səciyyəvidir. İllik yağıntının miqdarı 600 mm-dir.
İşğaldan azad olunan Bəsitçay Dövlət Təbiət Qoruğu füsunkar gözəlliyinə qovuşur - FOTOLAR

Ərazinin iqlim şəraiti çinar meşəliyinin təbii bərpası və inkişafı üçün çox əlverişlidir. Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisində əsasən allüvial-meşə torpaqları yayılıb. Çay dərələrinin yamaclarında, qoruğun ətraf sahələrində qəhvəyi dağ-meşə torpaqları inkişaf edib. Çayın yatağı boyu və kiçik terraslarda inkişaf etmiş allüvial torpaqlar əsasən çinar meşələri altındadır. Burada daşlı-çınqıllı ərazilər də müəyyən sahəni tutur. Bunların hamısında çinar bitir və inkişaf edir.
İşğaldan azad olunan Bəsitçay Dövlət Təbiət Qoruğu füsunkar gözəlliyinə qovuşur - FOTOLAR

Bəsitçay Dövlət Təbiət Qoruğunun 100 hektarı çinar meşələri olub. Onlar Bəsitçayın və onun qolu Şıxauzçayın dərəsində yerləşib. Burada həm təmiz, həm də qarışıq çinar meşəliyi yayılıb. Qarışıq çinarlıqlarda qoz, dağdağan, tut, söyüd, qovaq və digər ağaclar, yemişan, itburnu, murdarça, qaratikan və sair kollar bitir. Qoruqdakı çinar ağaclarının orta yaşı 165 il, orta hündürlüyü 35 metr, orta diametri isə 1 metrdir. Qoruğun ətraf sahələrində, bəzən də özündə canavar, çöl donuzu, porsuq, cüyür, dovşan, müxtəlif gəmiricilər və sair məməlilərə, kəklik, turac, göyərçin və digər quşlara rast gəlinib.
İşğaldan azad olunan Bəsitçay Dövlət Təbiət Qoruğu füsunkar gözəlliyinə qovuşur - FOTOLAR

Otuz ilə yaxın müddət ərzində erməni təcavüzkarlarının işğal altında saxladığı qoruq ciddi ekosidə məruz qalıb. Bəsitçay Dövlət Təbiət Qoruğu işğaldan azad edildikdən sonra ölkə rəhbərinin sərəncamı ilə bərpa edilməyə başlanılıb. Mövcud vəziyyətin qiymətləndirilməsi üçün işğaldan azad olunmuş ərazilərə ezam olunan monitorinq qrupunun araşdırmalarına əsasən məlum olub ki, erməni vandalizmi nəticəsində qoruğa aid olan 85 hektar meşə ilə örtülü sahənin 42 hektardan çox hissəsi tamamilə məhv edilib. Çoxyaşlı Şərq çinarı ağacları kəsilib, köklərinin itirilməsi üçün müxtəlif partladıcı maddələrdən istifadə edilib, ərazidə yanğınlar törədilib və Qoruğun inzibati binası dağıdılıb.
İşğaldan azad olunan Bəsitçay Dövlət Təbiət Qoruğu füsunkar gözəlliyinə qovuşur - FOTOLAR

Son xəbərlər

ZƏKASI, ZƏRİFLİYİ VƏ MÜƏLLİM ŞƏXSİYYƏTİ İLƏ İNSANLARIN QƏLBİNDƏ İZ QOYAN DƏYƏRLİ ZİYALIMIZ — KÖNÜL QOCAYEVA

Rauf İLYASOĞLU : SÖZÜN, SƏNƏTİN VƏ ÖMRÜN İŞIĞINDA - FOTO

Azərbaycan ərazisindən İrana qarşı istifadə olunması şayiələri təkzib edildi

ChatGPT-dən hər həftə 1,2 milyarddan çox insan istifadə edir - OpenAİ

Sevil Gül Nur : Çəkib çıxarasan dərdin ciyərin - FOTO

Tennisçimiz ilk dəfə ATP reytinqinə daxil oldu

7 ölkə vətəndaşlarını İranı tərk etməyə çağırdı

Tramp "super zəkalar"ı bir araya topladı - FOTO

Azərbaycanda bu maşın nömrələrinin qiymətinə ev almaq olar - FOTO

“Açığı, gəzə bilmirəm...” - Abid Şərifov

Bu serialın finalı təxirə salındı

“Xarıbülbül” “Route du Vin” marafonunda

Daşqınlar 23 nəfərin həyatına son qoydu

Leyla Əliyeva Vatikandan paylaşım etdi

Leyla Əliyeva Kardinal Kuvakadla birgə proqramlardan danışdı - Fotolar

“Ana, atam atəş açır, bizi öldürəcək...” - Həmin dəhşətli gecədən danışdı

Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib

Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

Azərbaycanın səfiri etimadnaməsini İtaliya Prezidentinə təqdim edib

UEFA Çempionlar Liqası: "Sabah" ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq

Rusiya ilə Ermənistan yeni atom enerji bloklarının yaradılmasını müzakirə edib

İlham Əliyev Məsud Pezeşkiana zəng edib

FIFA prezidenti İlham Əliyevə üzərində soyadı yazılmış forma və top hədiyyə edib

Qazimiz vəfat etdi - FOTO

Son 200 ildə edam edilən ilk qadın olacaq - 18 yaşında qətl törətmişdi

KTMT təlimləri Ermənistansız keçirilir: İrəvanın Moskvadan uzaqlaşma strategiyası - ŞƏRH

ŞƏHİD QANI İLƏ YOĞRULAN TORPAQ

Bu ilin 8 ayında əlilliyi olan 9 min şəxsə 376 min reabilitasiya vasitəsi verilib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930