Qardaşı qızından Zeynəb Xanlarovayla bağlı AÇIQLAMA
"Xəbər portallarında yazılıb ki, guya Zeynəb Xanlarova Amerikaya köçüb. Yalandır! Zeynəb Xanlarova vətənini, millətini, xalqını sevən insandır. Bu səbəbdən heç bir yerə köçməyib və köçmək fikri də yoxdur. O, çox sevdiyi Azərbaycanda, vətənində yaşayır”.

Yeniavaz.com xəbər verir ki, bu sözləri Xalq artisti Zeynəb Xanlarovanın qardaşı qızı, Əməkdar artist Mehriban Xanlarova sosial şəbəkədə qeyd edib. Məşhur aktrisa bibisinin Amerikaya köçməsi və orada xeyriyyə fondu yaratması barədə yayılan məlumatlara münasibət bildirib:

"Bilərəkdən Zeynəb xanımın adına Milli Məclisdə heç vaxt demədiyi sözləri, təklifləri yazırlar. Yayılan şayiələrə inanmayın! Onların məntiqi ilə düşünsək, Azərbaycan parlamenti ancaq Zeynəb Xanlarovanın qaldırdığı məsələləri həll edirmiş. Zeynəb Xanlarova az danışan, amma hər dəfə ən vacib məsələni qabardan barmaqla sayılacaq deputatlarımızdandır. Zeynəb xanım hər zaman, cəsarətli çıxışları ilə digər həmkarlarından fərqlənib. Zeynəb Xanlarovadan başqa kim Milli Məclisdə Xəzər dənizinin hasarlanaraq xalqın əlindən alınmasından danışıb? Kim, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün müharibə etməkdən başqa çıxış yolumuzun olmadığını danışıb? Və uzun illərdir Qarabağın qaytarılması ilə bağlı ATƏT-in Minsk qrupna qulaq asamağımızın mənasız olduğunu dilə gətirib. Zeynəb Xanlarovadan başqa kim xalqın maddi durumunun yaxşı olmadığını, Türkiyədə rastlaşdığı hadisəni danışaraq cənab Prezidentə çatdırıb?

Zeynəb Xanlarovanın maliyyə imkanları ilə bağlı yayılan xəbərlərə isə yalnız bunu deyə bilərəm ki Zeynəb Xanlarova Allah tərəfindən verilən əvəz olunmaz səsinin sayəsi ilə qazandığı ruzini yeyir. Və qazandığı bu ruzini isə kimə, hara xərcləyər onun öz şəxsi məsələsidir. Heç kimə aidiyyəti yoxdur. Azərbaycan xalqının var-dövlətini öz şəxsi ambisiyaları üçün çapıb-talayan bəzi dövlət məmurları ilə Zeynəb Xanlarovanı sərf salmayın. Zeynəb Xanlarova kimin olan dünya ulduzları öz şəxsi maliyyə imkanları ilə bağlı kiməsə açıqlama vermək məcburiyyətində deyilər.

Zeynəb Xanlarova Azərbaycan xalqının milli-mənəvi dəyərlərindəndir. Heç bir təbliğat xalqın Zeynəb Xanlarovaya qarşı olan sevgisini azalda bilməz”.

Qardaşı qızından Zeynəb Xanlarovayla bağlı AÇIQLAMA

Son xəbərlər

Kobaxidze: Gürcüstan Azərbaycanla münasibətləri daha da dərinləşdirmək istəyir

AQP: Tikinti bazarı "mülayim artım və sabitlik" mərhələsindədir

Sabah Biləsuvarın 7 kəndində qaz olmayacaq

Gözəllik eşqi həyatına son qoydu - FOTOLAR

Ornella Muti və qızı Rusiya vətəndaşı olmaq istəyir

Bu imtahana giriş 40 manat olacaq

Bakıda tələbə oğlanın meyiti tapıldı

Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq

Azərbaycanda iyulun pensiya ödənişi yekunlaşıb

Tailandda silahlı hücum nəticəsində təhlükəsizlik qüvvələrinin 5 əməkdaşı həlak olub

UEFA Konfrans Liqası: "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək

Azərbaycan neftinin qiyməti 100 dolları keçib

Azərbaycanda bu tibb işçilərinin maaşlarına əlavələrin müddəti uzadıldı

İlk çıxışında belə çağırış etdi

Milli Mətbuat və Jurnalistika Günü münasibətilə bütün media nümayəndələrini təbrik edirəm - FOTO

Zelenski Trampdan cavab gözləyir

Cenniferin keçmiş əri səkkizinci dəfə ata oldu

Bakının bu ərazisində işığın verilişində fasilə olacaq

Salyanda çoban 85 baş qoyun-quzu ilə birlikdə itkin düşüb

Elnarə Abdullayevaya ağır itki

İstidə ürək dayanmasına aparan əlamətlər – Bədən təhlükəni əvvəlcədən belə bildirir

Jurnalistika ilə yaşlanmaq...

Trampın təhdidlərinə İrandan cavab

Həsən Bəy Zərdabi kimdir? - Bu günümüzdə imzası olan əfsanə

Səhvən sevgilisinin şəklini paylaşdı - Foto

Ümidlə başlayıb kədərlə bitən gecə... - Fotolar

22 İYUL – MİLLİ MƏTBUAT GÜNÜ: SÖZDƏN SÜNİ İNTELLEKTƏ UZANAN YOL VƏ AZƏRBAYCANIN İNFORMASİYA DİPLOMATİYASI

Bakıda COVID-ə yoluxanlara yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031