Sabiq MTN-çi dövlətdən nə istəyir? - “Toyota Camry”, “Lexus GX 460”...


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəis müavini, polkovnik Füzuli Əliyev müsadirə olunan bahalı avtomobillərinin qaytarılmasını istəyir.

Turaztv.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, Füzuli Zülfüqar oğlu Əliyev nümayəndəsi vasitəsi ilə Azərbaycan Respublikası Baş Prokurorluğu da cəlb olunmaqla, cavabdehlər - Maliyyə Nazirliyinin Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi və müvafiq qurumlarla bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Lexus GX 460” markalı 10-AZ-603 dövlət qeydiyyat nişanlı və “Toyota Camry” markalı 90-AA-576 dövlət qeydiyyat nişanlı avtomobillərin üzərindən həbsin götürülməsini istəyib. Sabiq MTN-in sabiq işçisi hər iki avtomobilin dövlət nəfinə əvəzsiz müsadirə olunması barədə Bakı Hərbi Məhkəməsinin icra sənədinin icra edilməməsini tələb edib.

Füzuli Əliyev iddiasını onunla əsaslandırıb ki, sözügedən avtomobillər “ŞAH” MMC-nin adına sənədləşdirilib. Həmin maşınlar MMC-də 2006-cı ildən uğurlu kommersiya fəaliyyəti nəticəsində əldə olunan gəlirlər hesabına alınıb.

Dövlət nümayəndəsi isə onun iddiasını rədd edib. Bildirilib ki, MMC 2006-07-ci illərdə onun tərəfindən təsis edilməsinə baxmayaraq, həmin şirkətin fəaliyyəti olmayıb. MMC-nin fəaliyyəti olmadığı üçün hər hansı ofisi və işçiləri də olmayıb. “Toyota Camry” markalı avtomobil onun tərəfindən 2013-cü ildə, “Lexus GX 460” isə 2014-cü ildə əldə edilib. Dövlət qeydiyyat nişanını almaq üçün həmin maşınlar MMC-nin adına sənədləşdirilib.
Məhkəmə iddiaçının əmlakının həbsdən azad edilməsi tələbinə dair iddiasını təmin etməyib.

Qeyd edək ki, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma və sair faktlarla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı tamamlanmış cinayət işi üzrə Bakı Hərbi Məhkəməsinin hökmü ilə Füzuli Əliyev 14 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Ağ Ev: Rusiya və Ukrayna Oleşki şəhərində müvəqqəti atəşkəsə razılaşıb

Rusiya Azərbaycandan meyvəni yeni quru yolu ilə tədarük etmək istəyir

Rayonlardakı yağıntılı hava şəraiti növbəti 2 gün davam edəcək - Xəbərdarlıq

Sazın və Sözün Şirvan Zirvəsi

Salyanda avtoqəza olub, ölən və yaralananlar var

MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək

“Əsas müttəfiqiniz Mehriban xanımdır”

67 İcra Hakimiyyətinin pulu kəsildi

“Terminal işləmir” bəhanəsi ilə nağd pul istəyirlər? - Obyektləri bu cəza gözləyir

Metronun “20 Sentyabr” stansiyası bu tarixdə açılacaq

Sabah bəzi yerlərdə yağış yağacaq

Milli Məclisdə "Hərbi xidmət haqqında" yeni qanun layihəsinin hazırlanması təklif olunub

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Milli Məclisin plenar iclası başlayıb, iki yeni qanun layihəsi müzakirə ediləcək

Musa Yaqub dünyəvi şairdir - FOTOLAR

Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib, yarım milyon manat mənimsəmədə təqsirli bilinir

Azərbaycan Premyer Liqasında IX tura bu gün iki oyunla start veriləcək

"Brent" markalı neftin qiyməti may ayından bəri ilk dəfə 114 dolları ötüb

Bu ərazilərdə işıq olmayacaq

Sumqayıtda YAP-ın VIII Qurultayı ilə bağlı müşavirə keçirildi - FOTOLAR

"Deha"dan sonra bu seriala çəkiləcək - FOTO

Sahibkar “Süni intellekt” adlı yeni siyasi partiya yaratdı

3 yaşlı uşaq traktorun qoşqusu altında qalaraq öldü

İtaliyadakı qıtlıq Merkeli şoka salıb

Meyvə və tərəvəzlərin qida dəyəri 50 faiz azalıb – XƏBƏRDARLIQ

Payızda yaz yaşayırıq – Alimlərin xəbərdarlıq etdiyi GİZLİ TƏHLÜKƏ

Sevinc YUNUSLU : Bağışla ilahi məni, bu gecənin xətrinə… - FORO

Bu serialın heyətində dəyişiklik ediləcək

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031