Elbrus Quliyev – 70
Elbrus Quliyev – 70

Elbrus Quliyev bir halallıq məktəbidir Şəxsiyyət ali təbəqədir; yəni cəmiyyətləri kor-koranə vərdişlərdən çəkindirən, onları düzgün yola istiqamətləndirən zəkalı vətəndaşdır. Cəmiyyətlər şəxsiyyətin fövqünə qalxdıqca həyat öz yaşam proseslərini sürətləndirir, çətinliklər aradan qalxır… Açığı, biz də uzun illərdir dövlətçilik işini özünün həyat amalı hesab edən Elbrus Fərrux oğlu Quliyevin şəxsiyyət fövqünə qalxdıqca onun nə qədər ali, uca və əlçatmaz olduğunun fərqinə varırıq. O mənada ki, Elbrus Quliyev bu çağa qədər özündən çox dövləti, dövlətçiliyi, sağlam cəmiyyətləri, haqqsevər insanları, bir sözlə, yaxşı nə varsa, onları təqdir edib, sağlam nəsil yetişdirmək üçün bütün imkanlarını ortaya qoyub. Belə bir şəxsiyyətlə yalnız öyünmək, qürur duymaq olar… Əvvəlcə istəkli oxucularımızı Elbrus Quliyevin qısa da olsa, tərcümeyi-halı ilə tanış edək: Elbrus Fərrux oğlu Quliyev 10 may 1953-cü ildə Qubadlı rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. 1970-ci ilin mart ayından tikinti sahəsində fəhlə kimi əmək fəaliyyətinə başlayıb. 1971-ci ilin sentyabr ayından 1973-cü il may ayınadək Bakı şəhər Yeyinti qalıqları yığan xüsusi idarədə təlimatçı vəzifəsində işləyib.
1973-cü ilin may ayından 1975-ci ilin may ayınadək Almaniyada Sovet ordusu sıralarında hərbi xidmətdə olub. 1975-ci ilin sentyabrından 1978-ci ilin noyabr ayınadək Bakı şəhər Yeyinti qalıqları yığan xüsusi idarədə təlimatçı, Həmkarlar İttifaqı təşkilatının sədri olub. 1978-ci ilin noyabr ayından Dövlət Statistika Komitəsində müxtəlif vəzifələrdə işləyib, 2016-cı ilin yanvar ayından İnsan resursları və hüquq şöbəsində müdir müavinidir. 1983-cü ildən 1985-ci ilə kimi Dövlət Statistika Komitəsi Komsomol təşkilatının katibi, 1985-1990-cı illərdə Dövlət Statistika Komitəsi Xalq nəzarəti komitəsinin və Partiya Təşkilatı sədrlərinin müavini, 1990-cı ilin aprel ayından Dövlət Statistika Komitəsi Birləşmiş Həmkarlar İttifaqı Komitəsi sədrinin müavini, 1993-cü ilin may ayından hal-hazıradək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədridir. Sədr olduğu 30 il ərzində tabeliyində olan işçilərin sosial-məişət probıemlərinin həlli istiqamətində uğurlu işlərə imza atıb, mədəni-kütləvi tədbirlərin, kütləvi gəzintilərin, bayram şənlikləri və idman yarışlarının təşkilində xüsusi rol oynayıb, işçilərə maddi və mənəvi dəstək olmaqla bərabər, onların kurort və sanatoriyalarda istirahətləri və müalicələri üçün əlindən gələn qayğını əsirgəməyib.
Elbrus Quliyev – 70

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Elbrus Quliyevin fədakar əməyinə, həmkarlar ittifaqı üzvlərinə göstərdiyi qayğıkeşliyə görə anadan olmasının 60 illiyi ilə əlaqədar “Həmkarlar ittifaqında xidmətlərə görə” medalı ilə təltif edib. 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Elbrus Quliyev “Dövlət qulluğunda xidmətlərə görə” medalı ilə təltif edilib. Dediyimiz kimi, Elbrus Quliyevin həyat yolu çətinliklərdə, əzablı, keşməkeşli işlərdə bərkiyib. O, Azərbaycanın müstəqil dövlət quruculuğunda yaxından iştirak edib, I Qarabağ müharibəsi dövründə dəfələrlə cəbhədə və səngərdə olub, əsgərlərə kömək göstərib. 1993-cü ildən 2020-ci ilə kimi Ağsu və Oğuz rayonlarında məskunlaşmış məcburi köçkünlərə ərzaq yardımlarının göstərilməsində təşkilatçı kimi hər kəsə nümunə olub. Qarabağın azadlığına şahidlik edib. Daim Azərbaycan xalqının Böyük oğlu, Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin ideyalarına sadiq qalıb, bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini müdafiə edir, dəstəkləyir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Dövlət qəzetlərində mütəmadi olaraq ümummilli lider Heydər Əliyevin və cənab prezident İlham Əliyevin daxili və xarici siyasətini müdafiə edən məqalələr dərc etdirir. Bununla da dövlətə və dövlətçiliyə sədaqət və məhəbbətini nümayiş etdirir. Elbrus Fərrux oğlu Quliyev ümummilli lider Heydər Əliyevin sədaqətli dostu, silahdaşı, ictimai-siyasi dövlət xadimi, “Zəngəzur” Cəmiyyətlər Birliyi İdarə Heyətinin sədri Kamran Hüseynovun birinci müavini olub, 1991-1992-ci illərdə Qərbi Azərbaycandan gələn qaçqınların problemlərinin həllində, onlara maddi və mənəvi qayğı göstərilməsində əvəzsiz xidmətlər sərgiləyib. Elbrus Quliyev incəsənət sahəsində də özünü göstərib. Belə ki, 2012-ci ildə şərqin ilk xanım şərqşunas alimi Aidə Nəsir qızı İmanquliyevanın dayısı, SSRİ Elmlər Akademiyasının ilk azərbaycanlı müxbir üzvü Əli Ağamalı oğlu Əmiraslanovun sujetini yaradaraq “Kremlin müşaviri” sənədli filmində çəkilib və film respublika ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. Elbrus Quliyev “Zəngəzur” Cəmiyyətlər Birliyi İdarə Heyətinin sədridir. Ölkə dəyərlərini, dövlətə bağlılığı gənclik çağlarından özünə amal seçib. Bu vətənpərvərlik duyğuları ilə alışa-alışa müstəqil Azərbaycanımızın inkişafı yolunda yorulmadan çalışıb, Ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş siyasi kursu dəstəkləyib, hələ ölkədə hərc-mərclik olan vaxtlarda belə bu siyasi kursun Azərbaycana həmişə başucalığı gətirəcəyini çəkinmədən, təkrar-təkrar vurğulayıb. Elbrus Quliyev İlham Əliyevin ölkə prezidenti kimi siyasi fəaliyyətini çox yüksək təqdir və təşviq edir. Bütün çıxışlarında, dərc etdirdiyi məqalələrdə, hətta adi söhbətlərində də İlham Əliyevin siyasi iradəsini, dövlətçilik mövqeyini alqışlayır, onun ölkəmizi daha parlaq, daha ağ günlərə çıxaracağını deyir. O, cənab prezidentin təkcə 44 günlük Vətən müharibəsindəki hərtərəfli zəfərini dünyaya görk kimi göstərir, İlham Əliyevin əvəzolunmaz lider olduğunu hayqırır. “Zəngəzur” Cəmiyyətlər Birliyi İdarə Heyəti 1992-1993-cü illərdə ölkədəki özbaşınalığa, hərc-mərcliyə son qoymaq üçün Heydər Əliyevin Bakıya, yenidən hakimiyyətə gəlməsini təkidlə tələb edən təşkilatlardan biridir. Bu çağırışın əsas məqsədi də bundan ibarət idi ki, Azərbaycanı düşdüyü ağır durumdan ancaq Heydər Əliyev qurtara bilər. Belə də oldu. Adıçəkilən Cəmiyyət əvvəlki illərdə də İlham Əliyevin prezident olmasını böyük şövqlə car çəkib, bu gün də eyni tələblə çıxış edir. Çünki “Zəngəzur” Cəmiyyətlər Birliyi İdarə Heyəti çox yaxşı bilir ki, İlham Əliyev Azərbaycanın xoşbəxtlik çövhəridir, ölkəmizi sabahkı ilğımlardan da yalnız İlham Əliyev çıxara bilər. Açığı, Cəmiyyətin, xüsusən də Elbrus Quliyevin bu vaxta qədər həyata keçirdiyi işin məğzində də elə bu nüanslar durub. Elbrus Quliyev ömrünün 70-ci baharını yaşayır. Şübhəsiz, arxada qoyduğu illərin zəhmət işığı, əllərindəki əmək qabarı və çətinliklərlə mübarizələrdə axıtdığı alın təri onun daha yüksək mükafatlarla təltif edilməsinə əsaslı zəmin yaradacaq. Obrazlı desək, Elbrus Quliyev bir həyat işığıdır; bu işığın fövqündə yüzlərlə əmək fədaisinin, dövləti sevən insanların aydın baxışları bərq vurur. Elbrus Quıiyev bugünkü və gələcəkdə yetişəcək nəsillərin hamısına nümunədir. Onun çətin, gərgin və mübarizələrdə bərkiyən əmək yolu indidən çoxları üçün bir həyat məktəbidir. Zəhmətə qatlaşan insanlar onun fəaliyyətinin fövqünə qalxdıqca yetişir, bərkiyir və halal zümrəyə çevrilirlər. Çünki Elbrus Quliyev özü bir halallıq simvoludur. 70 il bir insan ömrü üçün az yaş kimi görünür, lakin düşünəndə ki, bu illərdə insane hansı çətinliklərdən keçib, adamı vahimə basır. Elbrus Quliyev də bu 70 ildə dövlət üçün çox şey edib; bəzən həyatını təhlükələrə atıb, bəzən ac-susuz qalıb, ancaq bir dənə də olsun, yarımçıq işə imza atmayıb, əksinə, yüzlərlə, bəlkə də minlərlə səmərəli təklifi, xeyirverən məsləhətləri, xeyirxam əməlləri və s.-lə daim öndə durub, Vətənə sədaqət nümunəsi, nəhəng bir lokomotiv kimi gəncləri arxasınca çəkib aparıb. Bu addımlar 70 ilin arxasında ehtiva edir, lakin 70 minillik möhtəşəmlik kimi məna tapır. Elbrus Quliyevi - xalqımızın ziyalı oğlunu, işıqlı vətənpərvərini, bugünümüzün və gələcəyimizin zəkalı, örnək şəxsiyyətini 70 yaşı münasibətilə ürəkdən təbrik edir, möhkəm can sağlığı arzulayırıq.

Hüseyn İsaoğlu (Məmmədov),
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
yazıçı-publisist

Son xəbərlər

Dieqo Rosa “Qarabağ”da

İşlədiyi xəstəxanadan külli miqdarda dərman oğurlayıb satdı - “Borcum var idi”

İranın Ali Lideri müsəlman ölkələri birliyə çağırdı

Argentina millisinin ulduzu "Çelsi"də

Köpəyə oxşayır, yarasa kimi uçur: dünyanın ən qəribə məməlisi gündəmdədir

Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər

Qarabağda 4010 azərbaycanlı itkin düşüb - Onların 782-si mülki şəxslərdir

Azərbaycan kinosu nə vaxt cavanlaşacaq?

Faktiki hava açıqlandı

Filippində musson yağışları daşqına səbəb oldu - Bir ayda 32 nəfər öldü

İntuisiyanız bu gün olduqca güclü olacaq - BÜRCLƏR

“Həmin saytın fəaliyyəti qanunsuzdur” - MEDİA-dan xəbərdarlıq

Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad etdi

"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO

Bu gün Türkiyədə Zəfər Bayramıdır

Şəhid Mixail Həmidovun ailəsində bu il ikiqat sevinc yaşanıb.

Məmməd Qədir : Əfvim nəvələrdədir - FOTO

Bibixanım İSAYEVA : "Qan yaddaşının qəhrəmanı" İnsanlığa sevgi ünvanı

Könül Kərimovanın qızı boşandı

Vətən Müharibəsi əlilinin ailəsinə başsağlığı verilib - FOTOLAR

ADİL ƏLİYEV — SURAXANININ YENİLƏNƏN SİMASINDA ƏMƏYİ GÖRÜNƏN RƏHBƏR

Məşhur aktyor "Daha 17"də - FOTO

XOSROV CƏFƏROV HAQQ DÜNYASINA QOVUŞDU

Bu ölkə ayıları kütləvi şəkildə məhv edir: 14 mindən çoxu öldürülüb

Sənubər Səhər : İnsan zəkasının dühalıq zirvəsi realdırmı?

“Bir daha evlənmərəm” desə də, onunla ailə qurdu - Fotolar

Gömrükçülər "Qırmızı Körpü"də külli miqdarda dərman preparatları aşkarladılar

Azərbaycanda ovuc içi ilə ödəniş tətbiq edildi

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31