Turaztv.az » Xəbərlər » FHN: Cəlilabadda mənzildə baş verən yanğın söndürülüb
Xəbərlər

FHN: Cəlilabadda mənzildə baş verən yanğın söndürülüb

27.03.2023, 00:07 327
FHN: Cəlilabadda mənzildə baş verən yanğın söndürülüb
Cəlilabad şəhərində ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 42 m² olan 2 otaqlı mənzilin eyvanının tavanı 6 m² sahədə, 1 ədəd qapısı və binanın dam örtüyünün taxta atmaları 30 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildirilib ki, mənzilin və dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər