Turaztv.az » Xəbərlər » Türkiyə millisi İrəvanda Ermənistan yığmasına qalib gəlib
Xəbərlər

Türkiyə millisi İrəvanda Ermənistan yığmasına qalib gəlib

25.03.2023, 23:24 432
Türkiyə millisi İrəvanda Ermənistan yığmasına qalib gəlib
Futbol üzrə Türkiyə millisi “Avro-2024”ün seçmə mərhələsinə qələbə ilə başlayıb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyə millisi İrəvandakı Respublika Stadionunda Ermənistan yığmasının qonağı olub.

İspaniyalı baş hakim Xose Maria Sançesin idarə etdiyi oyunda hesab avtoqolla açılıb. Belə ki, 10-cu dəqiqədə türk futbolçu Ozan Kabak topu öz qapısından keçirib. Qarılaşmanın 35-ci dəqiqəsində Orkun Kökçü hesabı bərabərləşdirib. Matçın birinci hissəsi 1:1 hesabı ilə yekunlaşıb.

İkinci hissəyə Türkiyə millisi daha fəal başlayıb. Matçın 64-cü dəqiqəsində türk yarımmüdafiəçi Kerem Aktürkoğlu hesab arasındakı fərqi artırıb. Bu, oyunda vurulan sonuncu qol olub.

Beləliklə, Türkiyə millisi Ermənistan yığmasını 2:1 hesabı ilə məğlub edib.

Türkiyə millisi növbəti oyununu martın 28-də doğma meydanda Xorvatiya seçməsinə qarşı keçirəcək.

Oxşar xəbərlər