Ukrayna Prezidenti Çinin təklif etdiyi sülh planı ilə qismən razılaşdığını bildirib
AZƏRTAC 24tv.ua-ya istinadla xəbər verir ki, Prezident Vladimir Zelenski bu barədə keçirdiyi mətbuat konfransında deyib.

Zelenskinin sözlərinə görə, Çinin təklif etdiyi sülh planında Ukraynanın maraqları üçün istifadə oluna biləcək məqamlar var - xüsusilə, ərazi bütövlüyü və nüvə təhlükəsizliyi məsələləri.

“Hesab edirəm ki, sülh təşəbbüsündə ərazi bütövlüyünə hörmət var. Hansı ki, dövlətimizin ərazi bütövlüyü pozulub. Söhbət nüvə təhlükəsizliyindən də gedir. Bu, dünyanın, dövlətimizin maraqları ilə üst-üstə düşür”, - deyə Zelenski bildirib.

Qeyd edək ki, Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Day Bin Təhlükəsizlik Şurasının Ukrayna mövzusu üzrə iclasında çıxışı zamanı Çinin Moskva və Kiyevi ilkin şərt olmadan beynəlxalq ictimaiyyətin köməyi ilə danışıqları bərpa etməyə çağırdığını bildirib. “Diplomatik danışıqlar Ukrayna böhranını həll etməyin yeganə yoludur. Beynəlxalq ictimaiyyət sülh və danışıqları təşviq etməli, danışıqların bərpası üçün əlverişli platformalar yaratmaq və asanlaşdırmaq üçün təcili çalışmalıdır. Münaqişə tərəflərini danışıqlar masası arxasına çəkmək asan iş olmayacaq. Ancaq bu, siyasi həll yolunda ilk addımdır... Biz Rusiya və Ukraynanı ilkin şərt olmadan danışıqları bərpa etməyə çağırırıq. Ukrayna böyük dövlətlər arasında mübarizə meydanı deyil, heç kim bu münaqişədən Ukrayna xalqı hesabına faydalanmağa çalışmamalıdır", - deyə diplomat qeyd edib.

“Qırmızı xətt heç vaxt keçilməməlidir. Nüvə müharibəsi aparılmamalıdır", - deyən Day Bin bildirib ki, münaqişənin genişlənməsi riski ilə əlaqədar böyük dövlətlərin üzərinə xüsusi öhdəliklər düşür: “Kommunikasiya və koordinasiya kanallarını saxlamaq, böhranın qarşısını almaq üçün hər şeyi etmək lazımdır. Beynəlxalq ictimaiyyət atom elektrik stansiyalarına və ya digər dinc nüvə obyektlərinə edilən hücumlara qarşı səsini çıxarmalıdır.”

Son xəbərlər

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTOLAR

Türkiyə yığması uduzdu

Rusiyadakı partlayışda ölənlərin sayı artdı - Yenilənib

Valideynlərin bu sözləri uşağın özünəinamını sarsıdır - Psixoloq xəbərdarlıq etdi

Papa Rusiya və Ukraynanı danışıqlar masası arxasına oturmağa çağırıb

Yeni təyin olunan icra başçısı onun müavini imiş

Yeni icra başçısı Harvard məzunudur

ABŞ dörd ölkənin rəsmilərinə viza qadağası qoydu

Aslı Enverin ərinə bu ölkədə vəzifə verildi - Türkiyədən köçürlər

TOFİQ KİŞİ : (İsmayıllı şəhidi Mayılın atasını dərdli, qəmli, amma məğrur gördüm...)

AYƏTXAN ZİYAD - 75

AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Putin ordu ilə bağlı həmin fərmanı imzaladı

90 min əhalisi var, yüzlərlə işçi axtarılır: xaricilərə 5000 avroyadək maaş təklif olunur

Süni intellektlə 95 milyon avroluq fırıldaq: Bank rəhbərini belə aldatdılar

Doğum gününüz mübarək olsun əzizimiz İradə xanım!

"Həmin şəxslər məsuliyyətə cəlb olunana qədər mövqeyimiz dəyişməyəcək" - Ərdoğan

37 yaşlı yeni başçının - Dosyesi

Vətənə Bağlı Bir Ömür - Bir Ocağın Döyüş Və Şərəf Yolu - FOTO

Bank adından zəng edən dələduzlar - bu məlumatı paylaşmayın

TARİXLƏŞƏN SENTYABR

Bu dövlət şirkətlərinin siyahısına dəyişiklik edildi

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Baş Prokurorluğun nümayəndələri BMT tədbirində iştirak ediblər

Ağsuda dağlıq ərazidə yanğın başlayıb

Mustafa Sandal və xanımından 11 milyardlıq iddialara cavab

50 ilin işığında... - FOTOLAR

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930