
Xəbərlər
13.11.2019, 21:10
Tanınmış jurnalist mətbuat katibi təyin olundu

Tanınmış jurnalist Sevinc İsgəndərova yeni vəzifəyə təyinat alıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, S.İsgəndərova Azərbaycan Texniki Universitetinin mətbuat katibi təyin olunub.
S.İsgəndərova Unikal.org-a açıqlamasında xəbəri təsdiqləyib və göstərilən etimada görə universitetin rəhbərliyinə minnətdarlığını bildirib.
Qeyd edək ki, Sevinc İsgəndərova əvvəllər Space televiziyasında, Beynəlxalq Avrasiya Fondunda, Azərtac, Primetime.az və day.az saytlarında çalışıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











