Mixail Şumaxerin meneceri danışdı: "Arvadı yalan danışır, vəziyyəti daha ağırdır"
“Formula-1” oyunlarının dünyaca məşhur pilotu Mixail Şumaxerin meneceri Uilli Ueber qalmaqallı açıqlama ilə gündəmə gəlib.
Bizimyol.info xəbər verir ki, menecerin sözlərinə görə, Şumaxerin həyat yoldaşı Korrina əfsanəvi pilotun səhhəti ilə bağlı həqiqəti gizlədir.

2013-cü ilin sonunda yeddiqat dünya çempionu xizəklə sürüşəndə dağın yamacından yıxılmışdı. Başından ciddi zədə alan Şumaxer o vaxtdan bəri komada idi. Ailəsinin bir neçə ay öncə verdiyi məlumata görə, o, öz evində reabilitasiya keçir və sağalmaqdadır. Səhhəti haqqında məlumat yalnız ailəsi və idmançıya lazımi qayğı göstərən mütəxəssislər tərəfindən verilir.

Ancaq 50 yaşlı pilotun meneceri və yaxın dostu Uilli Ueber əmindir ki, hər şey onun Mixailin yanına getməsinə icazə verməyən Korrinanın göstərməyə çalışdığı kimi deyil.

“Zərbənin güclü olduğunu bilirəm, ancaq irəliləyiş olub-olmadığı barədə məlumatım yoxdur. Onu görmək istəyirəm, amma Korrina mənə imkan vermir. Düşünürəm ki, həqiqəti anlayacağımdan və insanların hər şeyi öyrənəcəklərindən qorxur. Mixail güclüdür, bir şans olsa da, o, bundan istifadə edəcək. Onun üçün dua edirəm və bir daha görəcəyimə ümid edirəm”, - deyə Ueber söyləyib.(oxu.az)

Son xəbərlər

Tanınmış aktyor evində ölü tapıldı

Sənubər Səhər : Yazılar mütləqdir

Nəriman Həsənzadə Birinci Fəxri xiyabanda dəfn olundu

Kəlbəcərdə dağda köməksiz qalan şəxs xilas edildi

FHN əlilliyi olan şəxslər üçün maarifləndirmə tədbiri keçirdi - Fotolar

Nəriman Həsənzadə ilə vida mərasimi keçirildi - Prezident və xanımı əklil göndərdi+Fotolar

Paşinyan istefa verdi - Yeni hökumət formalaşdırılır

Dünyanın ən gözəl sözü seçildi

İran XİN: Region ölkələri ilə düşmənçilik siyasəti aparmırıq

ABŞ viza girovunu 20 min dollara qədər artırıb

Əraqçi Asim Munir və Hakan Fidanla regiondakı vəziyyəti müzakirə edib

“9 ildir ki, Bakıda, ata evimdə yaşayıram” - Sevil Əliyeva

“Onunla ilk görüşə çamadanla getdim”

Azyaşlı futbolçu faciəvi şəkildə öldü - YENİLƏNİB

Bir inci saflığı varsa da suda...

Novruzəli Aslanov: “Çolpon-Ata görüşü Türk dünyasında inteqrasiyanın dərinləşməsi mövzusunda mühüm siyasi mesajlar verdi”

Nüsrət Quliyev-65

Azərbaycan dili milli kimliyimizin və dövlətçiliyimizin əsas sütunlarından biridir

Tofiq Musayev UFC-də ikinci qələbəsini qazanıb

Alimlərdən qan təzyiqi ilə mübarizədə yeni üsul

Azərbaycan güləşçisi dünya çempionatının finalında

“Kabus körpü” yenidən üzə çıxdı

Sabiq nazir vəfat etdi

Lerikdə yenə zəlzələ oldu - YENİLƏNİB

“Nilay” “Kızılcık Şerbeti”ndən gedir

Can Kolukısa vəfat etdi

Azərbaycanda nağdsız ödənişlər artdı

Uşağın doğulduğu ay onun inkişafına təsir edir? - Alimlərdən diqqətçəkən araşdırma

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31