Turaztv.az » Xəbərlər » “Sədərək” Ticarət Mərkəzində yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib
Xəbərlər

“Sədərək” Ticarət Mərkəzində yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib

08.01.2023, 22:25 454
“Sədərək” Ticarət Mərkəzində yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib
“Sədərək” ticarət mərkəzində yanğın baş verməsi səbəbindən 1 nəfər tüstüdən zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

TƏBİB-dən AZƏRTAC-a bildiriblər ki, iki nəfərə tüstüdən zəhərlənmə səbəbindən yerində yardım göstərilib.

Qeyd edək ki, TƏBİB-in tabeliyindəki Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına saat 18:22 radələrində “Sədərək” ticarət mərkəzində yanğın olması ilə bağlı çağırış daxil olub.

Yanğınla əlaqədar hadisə yerinə 4 təcili tibbi yardım briqadası göndərilib.

Oxşar xəbərlər