Turaztv.az » Xəbərlər » “Kəpəz” klubu Antalyada Macarıstan, Serbiya və Qazaxıstan klubları ilə qarşılaşacaq
Xəbərlər

“Kəpəz” klubu Antalyada Macarıstan, Serbiya və Qazaxıstan klubları ilə qarşılaşacaq

02.01.2023, 22:02 434
“Kəpəz” klubu Antalyada Macarıstan, Serbiya və Qazaxıstan klubları ilə qarşılaşacaq
Qış təlim-məşq toplanışını Antalyada keçirəcək “Kəpəz” futbol klubunun yoxlama oyunlarında qarşılaşacağı rəqiblər müəyyənləşib.

AZƏRTAC kluba istinadla xəbər verir ki, yanvarın 14-də keçiriləcək ilk görüşdə Gəncə təmsilçisi Macarıstanın “MTK Budapeşt” kollektivi ilə üz-üzə gələcək. Baş məşqçi Tərlan Əhmədovun komandası yanvarın 16-da Serbiyanın “Novi Pazar” klubu ilə qarşılaşacaq. Ayın 18-də oynanılacaq sonuncu matçda isə rəqib Qazaxıstanın “Kaysar” komandası olacaq.

Oxşar xəbərlər