Xəbərlər
26.12.2022, 22:16
Soldu əlimdə güllərim - Şəhla XƏLİLQIZI
Soldu əlimdə güllərim
Gözlərində qəm görünür,
Yanağında nəm görünür,
Baxışların kəm görünür,
Donub qalan ümidlərim,
Soldu əlimdə güllərim.
İlləri yoğurub gəldim,
Qəm, kədəri yarıb dəldim,
Mənə sirdaş olan dərdim,
Hər yerdən üzülən əlim,
Soldu əlimdə güllərim.
Budağında son yarpaq tək,
Xəzəlləşib donan ürək,
Ümidimi çalan külək,
Qəlbimdəki düyünlərim,
Soldu əlimdə güllərim.
Sussam qəlbim fəryad edər,
Ömrüm-günüm gedər hədər,
Acıları məni didər,
Ağardı dərdən tellərim,
Soldu əlimdə güllərim.
Düşünmə ki, bir gün dinməz,
Dərd daşınar yükü bilməz,
Şəhla gedən geri dönməz,
İtib artıq ümidlərim,
Soldu əlimdə güllərim.
Şəhla Xəlilqızı
26 .12.2022.
Yanağında nəm görünür,
Baxışların kəm görünür,
Donub qalan ümidlərim,
Soldu əlimdə güllərim.
İlləri yoğurub gəldim,
Qəm, kədəri yarıb dəldim,
Mənə sirdaş olan dərdim,
Hər yerdən üzülən əlim,
Soldu əlimdə güllərim.
Budağında son yarpaq tək,
Xəzəlləşib donan ürək,
Ümidimi çalan külək,
Qəlbimdəki düyünlərim,
Soldu əlimdə güllərim.
Sussam qəlbim fəryad edər,
Ömrüm-günüm gedər hədər,
Acıları məni didər,
Ağardı dərdən tellərim,
Soldu əlimdə güllərim.
Düşünmə ki, bir gün dinməz,
Dərd daşınar yükü bilməz,
Şəhla gedən geri dönməz,
İtib artıq ümidlərim,
Soldu əlimdə güllərim.
Şəhla Xəlilqızı
26 .12.2022.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












