Xəbərlər
8.10.2022, 21:56
Ömürdən ötdü - Şəhla XƏLİLQIZI
Düşündüm ömrümə xəzəl tökülməz,
Qurduğum binanın damı sökülməz,
Bu qəmli halıma baxanlar gülməz,
Yanımdan qǝh-qəhə çəkərək ötdü.
Talandı qəlbimin,viran bağçası,
Güllərə həsrətdir boşdu taxtası,
Niskilə bürünüb sevinc boxçası,
Hərəsi bir yandan sökərək ötdü.
Barışmır ürəyim, danlayır yaman,
Fikirlər, xəyallar geniş bir ümman,
Dünyadan inciyib qalmayır güman,
Gözümün yaşını tökərək ötdü.
Hicran gözlərimə çəkibdi pərdə,
Düşmüşəm elə bil çarəsiz dərdə,
Dinməyə qoymayır qəm də, qəhər də,
Taleyə dərd toxum ǝkǝrǝk ötdü.
Şəhlayam bu dünya kimə yar oldu,
Gülə aşiq olan tikana qondu,
Sevgi bağçasının gülləri soldu,
Acılar, ağrılar görərək ötdü,
Qǝm piyaləsini süzərək ötdü.
Qurduğum binanın damı sökülməz,
Bu qəmli halıma baxanlar gülməz,
Yanımdan qǝh-qəhə çəkərək ötdü.
Talandı qəlbimin,viran bağçası,
Güllərə həsrətdir boşdu taxtası,
Niskilə bürünüb sevinc boxçası,
Hərəsi bir yandan sökərək ötdü.
Barışmır ürəyim, danlayır yaman,
Fikirlər, xəyallar geniş bir ümman,
Dünyadan inciyib qalmayır güman,
Gözümün yaşını tökərək ötdü.
Hicran gözlərimə çəkibdi pərdə,
Düşmüşəm elə bil çarəsiz dərdə,
Dinməyə qoymayır qəm də, qəhər də,
Taleyə dərd toxum ǝkǝrǝk ötdü.
Şəhlayam bu dünya kimə yar oldu,
Gülə aşiq olan tikana qondu,
Sevgi bağçasının gülləri soldu,
Acılar, ağrılar görərək ötdü,
Qǝm piyaləsini süzərək ötdü.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











