Qalib Azərbaycan dünyaya inkişafın ən təkmil modelini təqdim edir
Dekabrın 23-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatında “19 ilə baxış: Qalib Azərbaycan dünyaya inkişafın ən təkmil modelini təqdim edir” mövzusunda konfrans keçirilib.

Konfrans iştirakçıları öncə YAP Xətai rayon təşkilatının qərargahında Ulu Öndərin büstünün önünə gül dəstələri qoyaraq əziz xatirəsini dərin ehtiramla yad etdilər.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə yüksələn Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra konfransı giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bu gün ölkəmizin dayanıqlı inkişafını şərtləndirən amillərdən geniş bəhs edib. Bildirib ki, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə sabitliyin və normal iqtisadi mühitin yaradılması əsas prioritetlər sırasında oldu: “Sabitlik olmasa hansısa sosial-iqtisadi layihənin reallığa çevrilməsinin mümkünsüzlüyünü bildirən Ümummilli Lider, eyni zamanda, bu tezisi irəli sürdü ki, iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. Ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə önəm verməsi uzaqgörən siyasətinin nəticəsi idi. Dahi şəxsiyyətin müəllifi olduğu neft strategiyasının uğurlu icrası Azərbaycanın iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində mühüm amilə çevrildi. 2003-cü ildən, İlham Əliyevin xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsindən sonra belə bir çağırış edildi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Ölkə iqtisadiyyatının enerji amilindən asılılığının minimuma endirilməsi üçün ciddi addımlar atıldı. Regionların malik olduğu potensial imkanlardan səmərəli istifadə etmək məqsədilə təsdiqlənən və uğurla icra edilən dövlət proqramları iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsinə böyük töhfələr verdi. Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasına görə lider ölkə kimi mövqeyini möhkəmləndirdi. Təbii ki, bütün bunlar ölkəmizin dünyaya təqdim etdiyi təkmil inkişaf modelinin nəticələridir”.

Konfransda Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, YAP Təftiş Komissiyasının üzvü Sadiq Qurbanov, Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Rafiq İsayev, Vətən Müharibəsi Qəhrəmanı Anar Mirzəyev, Akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasov, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Beynəlxalq dərəcəli hakim Hicran Şərifov, Xocalı prospekti 30 ünvanı üzrə ərazi partiya təşkilatının sədri Emil Aslanlı çıxış ediblər.

Çıxışlarda Prezident İlham Əliyevin dünyaya təqdim etdiyi müasir dövlət siyasəti modeli nəticəsində Azərbaycanın qazandığı uğurlardan söz açılıb, işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərinin Azərbaycanın daxili imkanları hesabına həyata keçirildiyi qürurla vurğulanıb. Bildirilib ki, Azərbaycan dünyaya təkmil iqtisadi, həmçinin dirçəliş modelini təqdim edir. Bu modelin əsasında yeniliklər dayanır. Yeni təcrübələrin tətbiqi Azərbaycanın innovasiyalar ölkəsi olduğunu ortaya qoymaqla yanaşı, ölkəmizin qazandığı uğurlarla kifayətlənmədiyini, daim irəli baxdığını təsdiqləyir.

Qeyd olunub ki, bu gün paytaxt Bakı ilə yanaşı, bölgələrimiz də dünyanın diqqət mərkəzindədir. Rayonlarda insanların rahat yaşayışını təmin etmək üçün bütün zəruri addımlar atılır. Dövlətimizin başçısının ölkədə görülən işlərlə yaxından tanışlığı, ictimaiyyət nümayəndələri ilə görüşüb onları narahat edən məsələləri özlərindən eşitmək istəyi xalqımız tərəfindən böyük rəğbət hissi ilə qarşılanır.

Hazırda qarşıda dayanan əsas vəzifələrdən biri Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış proqramının icrasını uğurla başa çatdırmaq, soydaşlarımızın doğma yurd-yuvalarına dönüşü ilə bu ərazilərdə həyatı yenidən bərpa etməkdir. Azərbaycan “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin uğurlarını dünyaya təqdim edir. Artıq ilk “ağıllı kənd”- Zəngilanın Ağalı kəndi öz sakinlərinə qovuşub.

Qeyd olunub ki, ölkəmizin iqtisadi qüdrətinin artması fonunda gənclərin inkişafı üçün yeni imkanlar yaranır, onların hərtərəfli inkişafı məqsədilə biri-birindən əhəmiyyətli layihələr həyata keçirilir.

Çıxışlarda ümumi fikir bu oldu ki, Azərbaycan artıq dünya miqyasında öz iqtisadi inkişaf modelini təqdim edib və iqtisadi inkişaf templərinə görə lider dövlətlər sırasındadır.

Tədbirin sonunda YAP sıralarına yeni qəbul olunanlara partiyanın üzvlük vəsiqəsi təqdim olunub və onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Qalib Azərbaycan dünyaya inkişafın ən təkmil modelini təqdim edir
Qalib Azərbaycan dünyaya inkişafın ən təkmil modelini təqdim edir
Qalib Azərbaycan dünyaya inkişafın ən təkmil modelini təqdim edir
Qalib Azərbaycan dünyaya inkişafın ən təkmil modelini təqdim edir
Qalib Azərbaycan dünyaya inkişafın ən təkmil modelini təqdim edir

Son xəbərlər

Bir uğurlu layihənin hesabatı...

Bakıda itkin düşmüş şəxslərlə bağlı keçiriləcək beynəlxalq konfransın gündəliyi açıqlanıb

Cənubi Qafqaz - Mərkəzi Asiya ortaq təhlükəsizlik sistemi: Təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Əli Əsədov Şimali Kiprin Baş nazirinə başsağlığı verib

"DSports": "Sabah" müasir futbol məntiqinə meydan oxuyub

Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar

Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib

Azərbaycan-ŞƏT münasibətləri: Çoxşaxəli əməkdaşlıqdan strateji tərəfdaşlığa - ŞƏRH

İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib

Kamran Əliyev: Azərbaycan və Çin Baş prokurorluqları arasında səmərəli əməkdaşlıq mövcuddur

Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq

Xüsusi icra məmuru olmaq istəyənlər üçün müsahibə mərhələsi başlayır

İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib

İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixində yeni mərhələnin əsası qoyulub

İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib

Müəllimlərin təkrar sertifikasiyasının müsahibə mərhələsinə başlanılır

Yasamal sakinlərinin nəzərinə!

SEPAH: Hörmüz boğazı üzərində ABŞ-yə aid PUA vurulub

Zülfiyyə İsmayıl : Biləsən (qəzəl)

ABŞ Hörmüzdəki Larak adasına zərbələr endirdi

“Qalatasaray” Rafael Leaudan sonra daha bir futbolçu transfer edib

“Yaxşı ki, tibbə qəbul olmadım” - 617 balla baytarlığı seçən Xaliq

"İran kanallarına baxanda əsəblərim pozulur" - Pezeşkian

Hökumət təcili tədbir görməsə... - Əhali ilə bağlı şok rəqəm

Bugün mənim üçün xüsusi duyğularla yadda qalan bir gün oldu...

RAMİL, ALLAHVERƏN, BİR DƏ NATƏVAN - FOTO

Xəzərin Sahilində Yazılan Uğur Salnaməsi: Azərbaycan Karatesinin Gücü və Birliyi - FOTOLAR

Leyla və Arzu Əliyevalar klassik avtomobillərin yürüşünü izlədilər - FOTOLAR

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930