STP Şirkətlər Qrupu “Sabahın Gücü” İnkişaf Proqramını elan edib
STP Şirkətlər Qrupu regionun ən geniş imkanlara malik, ilk və nəhəng sənaye parkı olaraq ölkənin qeyri-neft sektorunda, əmək bazarına istehsalatın mühəndislik və texniki peşələr sahəsində peşəkar kadrların hazırlanması istiqamətində bir neçə ildir həyata keçirdiyi missiyasını davam etdirir.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, istehsal mühəndisliyi və texniki peşələr istiqamətində xüsusi potensialı və marağı olan gənc kadrların müəyyən edilməsi və yetişdirilməsinə dəstək olan növbəti, ödənişli “Sabahın Gücü” İnkişaf Proqramına start verilir.

Bu proqramın məqsədi ali, yaxud peşə ixtisas pilləsi üzrə təhsilini yeni bitirmiş, minimal iş təcrübəsi olan, inkişafa meyilli, potensiallı gənclərin bilik və peşəkar karyera bacarıqlarının inkişaf etdirilməsinə dəstək olmaqdan, ölkədə spesifik peşələr üzrə insan kapitalına olan ehtiyacın ödənilməsində töhfə verməkdir.

İnkişaf proqramı STP-nin törəmə müəssisələrində, xarici şirkətlərin Akademik mərkəzlərində, yerli və xarici ekspertlərin mentorluğu ilə nəzəri və praktiki biliklərin verilməsi, fərdi bacarıqların, sosial məsuliyyətin inkişafı, ən yaxşı təcrübələrin mübadiləsi metodu ilə 6-12 aylıq müddətləri əhatə edəcək. Proqramın sonunda fərqlənən mütəxəssislər STP Şirkətlər Qrupuna daxil olan bizneslərdə işlə təmin ediləcək.

Xatırladaq ki, son iki ildə seçim mərhələlərindən uğurla keçmiş 100-dən artıq potensiallı gənc STP Şirkətlər Qrupunun inkişaf proqramlarının məzunu olmuşdur. Onların əksəriyyəti hazırda STP komandasının üzvüdür.

STP-nin “Sabahın Gücü” İnkişaf Proqramının təqdim etdiyi imkanlardan faydalanaraq gələcək karyerasında ilk addımı atmaq istəyən, müvafiq sahələrdə bilik və bacarıqlara malik, özünə güvənən gənc kadrlar https://stpcareer.com/ portalından qeydiyyatdan keçməklə istədiyi ixtisas üzrə müraciət edə bilər.

Xüsusi istedadların axtarıldığı peşə və ixtisaslarla bağlı daha ətraflı məlumatları STP Şirkətlər Qrupunun rəsmi vakansiya portalından (stpcareer.com) və sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Son xəbərlər

Azərbaycan və Pakistan XİN rəhbərləri təmasların davam etdirilməsi barədə razılığa gəlib

Antalya Diplomatiya Forumu – Azərbaycanın artan diplomatik çəkisi və yeni reallıqlar - ŞƏRH

Paşinyan: İrəvan İran ərazisindən logistika zəncirləri və imkanları genişləndirmək istəyir

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku başlayıb

Şirin olsa da, şəkərli diabet zamanı istifadə edilir

İlham Əliyevin Türkiyəyə işgüzar səfəri ilə bağlı paylaşım edilib

Lənkəranda torpaq sürüşdü - Ulum çayına töküldü-Foto

Zəhərlənən qadın 15 gün sonra öldü

Hikmət Hacıyev Andrea Corao Faria ilə görüşdü

Süni intellektdən istifadə düşünmə qabiliyyətini zəiflədə bilər

Gizli, yoxsa razılaşdırılmış nəzarət? - Uşaq hiss etməlidir ki...

Hisslərimizi cilovlaya bilməyəndə...

Azərbaycan və Portuqaliya arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

“Ayrıldıq, o evləndi, mən küçələrə düşdüm”

“Yeraltı”nın yayımı dayandırılır?

Seçmə mərhələ: Azərbaycanın qadın futbol millisi Andorra ilə qarşılaşacaq

Başlıbel qətliamından 33 il ötür

Heç zaman bükülməz biləyim,Dağlar! - FOTO

Türkiyədə məktəbə yeni hücum planı: 8 şagirdə qəfil əməliyyat - DETALLAR

Əhaliyə ŞAD XƏBƏR - Bu gün giriş pulsuz olacaq

Azərbaycan nefti ucuzlaşıb

Ayın 18-də doğulanlar: özünəinam, ambisiya və rifaha aparan yol

ABŞ və İran arasında yekun atəşkəs sazişi ilə bağlı işlər artıq 80 faiz başa çatıb

Dağıstan üçün 5 milyon ianə etdi

38 yaşlı sürücü sükan arxasında öldü

Məlahət Behbudqızı ✍️ : Həyat eşqi - FOTO

“Fənərbağça” xallar itirdi

Xəlil Mirzə : Məni bədbinlikdə suçlandırmayın - FOTO

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930