AZƏBAYCAN PARLAMENTİNİN YARANMASI - FOTOLAR
Bugün 7 dekabr Azərbaycan parlamentinin yaranması günüdür.

1918-ci il may ayının 28-də Milli Şuranın birinci iclası keçirildi və iclasda Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərar qəbul edildi.Beləliklə, Azərbaycanda müsəlman Şərqində və Türk-İslam dünyasında ilk dəfə olaraq demokratik quruluşlu respublika yaradıldı. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə XIX əsrin əvvəllərində itirilmiş müstəqil dövlətçilik ənənələri bərpa edildi.
AXC-nin dövlət quruculuğunda parlamentin yaradılması və fəaliyyəti mühüm yer tuturdu.
AZƏBAYCAN PARLAMENTİNİN YARANMASI - FOTOLAR

AXC-nin quruluşu parlamentli respublika idi. Amma ilk dövrlər Qanunverici orqan Müvəqqəti Milli Şura idi. Azərbaycan Cümhuriyyəti Parlamentinin çağırılması ilə əlaqədar Azərbaycan Milli Şurası adından, onun sədri, M.Ə.Rəsulzadənin imzası ilə 1918-ci il noyabr ayının 29-da Azərbaycan və rus dillərində “Bütün Azərbaycan əhalisinə!” Müraciətnaməsi dərc edilir.

Parlamentin açılışı 1918-ci il dekabrın 3-ə təyin olunsa da, lakin Bakıda fəaliyyət göstərən rus və erməni Milli Şuraları əleyhinə olduqları Azərbaycan Parlamentinin açılmasına hərtərəfli mane olmaq üçün bu ərəfədə Bakıya gəlmiş Müttəfiq qoşunlarının baş komandanı general Tomsondan istifadə etməyə çalışırdılar. General Tomsonla aparılan danışıqlarla əlaqədar olaraq və qəzalardan bütün deputatların Bakıya gələ bilməsini nəzərə alaraq Parlamentin ilk iclasının açılışı dekabrın 7-ə keçirilir. 1918-ci il dekabrın 7-də saat 13:00-da Hacı Zeynalabdin Tağıyevin Nikolayev küçəsində yerləşən keçmiş Qızlar Məktəbinin binasında Azərbaycan Parlamentinin təntənəli açılışı oldu. Bu, bütün müsəlman şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi. Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə geniş təbrik nitqi söylədi.
Azərbaycan Parlamentinə aiddir:
1. Sədri İstanbulda Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri qismində fəaliyyət göstərən Əlimərdan bəy Topçubaşov seçilsə də, məlum səbəblərə görə 1920-ci ilin fevralına kimi bu vəzifəni onun müavinləri Həsən bəy Ağayev, daha sonra Məmməd Yusif Cəfərov icra etməli olmuşlar.
2. Ali dövlət nəzarəti funksiyasına malik ali qanunverici orqan idi.
3. Təkpalatalı olub, 120 deputatdan ibarət idi, burada ölkədəki bütün xalqlar və siyasi partiyalar təmsil olunmuşdur.
4. 230-a yaxın fəaliyyəti dövründə qanun qəbul edilmişdir.

AZƏBAYCAN PARLAMENTİNİN YARANMASI - FOTOLAR

AXC-ni ölkənin bütün millətlərinin iradəsinə arxalanan dövlət kimi dünyaya təqdim etmək zərurəti yaranmışdır. Erməni və rus milli şuraları Azərbaycan parlamentini tanımayacaqlarını bildirsələr də, Antanta Hərbi Komandanlığının təmsilçisi general Tomson 1918-ci il dekabrın sonlarında parlamentə və hökumətə müsbət münasibətini bəyan etdikdən sonra onun işində iştirak etməyə məcbur oldular.
Azərbaycan Parlamenti yarandığı ilk gündən öz işlərini demokratik cümhuriyyətlərə xas təşkilati prinsiplər əsasında qurur. Parlamentin təşkili haqqında qəbul edilmiş qanunda Parlamentin 120 nəfərdən ibarət olması nəzərdə tutulmuşdursa da müxtəlif səbəblərdən heç vaxt Parlamentdə bu sayda deputat olmamışdır.
Bununla belə, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti öz fəaliyyəti ərzində, o cümlədən 17 aylıq fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi ilə yüksək səviyyəli qanunvericilik aktları və qərarlar qəbul etmişdir.
Parlamentin cəmi 145 iclası olmuşdur. Yetərsay olmadığı üçün bu iclaslardan 15-i baş tutmamışdır. Qalan 130 iclasdan ikisi tarixi — Azərbaycan İstiqlalının birinci ildönümü münasibəti ilə 28 may 1919-cu ildə və Bakının azad edilməsinin birinci ildönümü münasibəti ilə 15 sentyabr 1919-cu ildə, dördü təntənəli 12 mart 1919-cu il və 12 mart 1920-ci illərdə Böyük Rus İnqilabının 2-ci və 3-cü ildönümləri; 27 iyun 1919-cu il Azərbaycanla-Gürcüstan arasında hərbi əməkdaşlıq haqqında müqavilə bağlanması və 14 yanvar 1920-ci il Paris Sülh Konfransı iştirakçısı olan dövlətlər tərəfindən Azərbaycanın müstəqilliyinin de-fakto tanınması münasibətilə keçirilmişdir. İkisi isə fövqəladə vəziyyətlə bağlı — 1918-ci il dekabrın 20-də Ermənistanın Gürcüstana müharibə elan etməsi və 1920-ci il martın 17-də Gürcüstanla-Azərbaycan arasında bağlanmış iqtisadi əməkdaşlıq haqqında müqavilələrin təsdiqi münasibətilə keçirilmiş iclaslardı. Qalan iclaslarda ölkənin daxili və xarici siyasəti, iqtisadiyyat və maliyyə məsələləri, qanunvericilik aktlarının müzakirəsi və qəbulu, ordu quruculuğu və sair məsələlər müzakirə olunmuşdur. Azərbaycan Parlamenti öz fəaliyyətinin mühüm hissəsini dövlət müstəqilliyinin qorunub saxlanmasına və Ordu quruculuğu məsələlərinə yönəltmişdi.
Qəbul etdiyi önəmli qərarlarından biri Bakı Dövlət Universitetinin yaranması ilə bağlı idi.
AZƏBAYCAN PARLAMENTİNİN YARANMASI - FOTOLAR

Parlament 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qanun qəbul etdi.
AZƏBAYCAN PARLAMENTİNİN YARANMASI - FOTOLAR

Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında" adlanan bu qanunda universitetin dörd fakültədən ibarət olması göstərilirdi: Şərq şöbəsi ilə birlikdə tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələri. Qanunun onuncu maddəsində deyilirdi ki, Bakı şəhərində Dövlət Universiteti 1919-cu il sentyabrın 1-dən açılmış hesab olunur. İctimaiyyətin narahatlığını nəzərə alaraq qanunun II maddəsinin 2-ci bəndində qeyd edilirdi ki, bütün fakültələrdə türk dili məcburi fəndir. İlk tədris ilində universitetə ştat üzrə lazım olan 104 nəfər, o cümlədən 43 professor və privat dosent cəlb etmək mümkün olmuşdu.
Universitet Şurasının 1919-cu il noyabrın 10-da olan ilk iclasında professorların və digər akademik heyətin tərkibi təsdiq edilir. 1919-cu il noyabrın 15-də şənbə günü universitetdə birinci dərs günü elan edilir.
Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti
AZƏBAYCAN PARLAMENTİNİN YARANMASI - FOTOLAR

Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti və hökuməti respublikanın beynəlxalq aləmdə tanınması üçün iş aparırdı. Bununla bağlı olaraq 1918-ci il dekabrın 28-də parlamentin sədri Əlimərdan bəy Topçubaşovun başçılığı ilə Paris Sülh Konfransına xüsusi nümayəndə heyətinin göndərilməsi haqqında parlament qərar qəbul etmişdi. Parlament sədri Əlimərdan bəy Topçubaşov ağır çətinlikləri dəf edərək Azərbaycan Xalq Cümhuriyyətinin bir sıra böyük dövlətlər tərəfindən de-fakto tanınmasına nail olsa da XI Qırmızı Ordunun Azərbaycanı işğal etməsilə onun bu sahədəki fəaliyyəti yarımçıq qaldı.

Azərbaycan Parlamentinin və Cümhuriyyət hökumətinin fəaliyyətinin çox mühüm hissəsini yaxın qonşularla münasibətlər və sərhəd məsələləri olmuşdur. Aparılan çox gərgin işdən sonra Gürcüstanla münasibətlər nizama salınsa da, Ermənistan hökumətinin böyük ərazi iddiaları üzündən Azərbaycan-Ermənistan münasibətlərini normal məcraya yönəltmək mümkün olmamışdı.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə qonşu Qacarlar İranı ilə də bir sıra saziş və müqavilələr imzalanmış və həmin sənədlər Parlamentdə təsdiq olunmuşdur.
1920-ci il aprelin 28-də AXC birbaşa hərbi təcavüz nəticəsində süqut etdi, parlamentin də fəaliyyəti başa çatdı. Fəaliyyət dövrü çox qısa olsa da, parlamentin həm daxili siyasət həm də xarici siyasətdə keçirdiyi islahatlar Azərbaycan tarixində mühüm rol oynamışdır.

NİGAR İMAN-
BAKI DÖVLƏT UNİVERSİTETİNİN TƏLƏBƏSİ

Son xəbərlər

Azərbaycan-ABŞ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

Macarıstan parlamenti ölkənin yeni prezidentini seçib

Bir il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib

Mədəniyyət Nazirliyinin təqaüd proqramı ilə 17 nəfər xaricdə təhsil imkanı qazanıb

Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb

DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq edib

ƏDV ödəyicilərinin sayı artıb

Tupakın qətlində 30 illik düyün açılır - O gecə nə olmuşdu?

"Sabah" – "Orhus" oyununun bütün biletləri satılıb

Sədaqət, düzlük və etibar — insanın mənəvi pasportu

Təəccübdən təbəssümə…

Səssiz ziyalılıq

Bu gün və sabah geomaqnit qasırğası gözlənilir

Sabah Azərbaycanda yağış yağacaq

Rəsmi Tehran: İran gələn ay Xəzəryanı ölkələrin konfransına ev sahibliyi edəcək

Kamran Əliyev Qubada vətəndaşları qəbul edəcək

Azərbaycan XİN Çadı Milli Günü münasibətilə təbrik edib

Bakının Binə və Nardaran qəsəbələrində qaz olmayacaq

UEFA Çempionlar Liqası: "Sabah" Danimarka təmsilçisi ilə cavab matçına çıxacaq

“Gicgahımda güllənin soyuqluğunu hiss edirdim”

Yaddaşlarda yaşayan insan

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə XƏBƏRDARLIQ

Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - YENİLƏNİB

Deniz Seki eyvanda yıxıldı - Ombası sındı

Novruzəli Aslanov: “Laçınlıların 31 ildən sonra yenidən burda yaşamaları bu torpaqların əsil sahiblərinin kim olduğunun bariz sübutudur”

Yubileyiniz mübarək olsun əziz dost

Bir ömrün 65 yaşına yazılan sözlər...

Ukrayna ordusu Rusiyadakı neft-kimya kompleksinə hücum edib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31