Azərbaycanda Respublika Günü qeyd edilir

Bu gün Azərbaycanın milli bayramı-Respublika Günü qeyd olunur. 103 il əvvəl Şərqdə ilk demokratik respublika qurulub.

Yüz üç il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil olub. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirib. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirib.

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.

Uzun bir dövr Azərbaycan Rusiyanın müstəmləkəsi olub. Ancaq Azərbaycan xalqı həmişə azadlığa, müstəqilliyə qovuşmaq üçün mübarizələr aparıb.

Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirib. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edilib, ölkənin sərhədləri müəyyənləşdirilib, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edilib, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirilib, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilib. Azərbaycanın ilk universiteti təsis olunub, təhsil milliləşdirilib, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görülüb.

Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırıb.

ADR təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika idi. Ancaq AXC cəmi 23 ay yaşaya bilib. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal edib və Respublika süqut edib.

Respublika Günü Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət bayramı kimi qeyd olunur. Əmək Məcəlləsinə görə, 28 may qeyri-iş günü elan edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edilib.

AXC dövründə qaldırılan üçrəngli bayrağımız ötən ildən Şuşada, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Qubadlıda, Ağdamda, Zəngilanda, Füzulidə, ümumilikdə bütün Qarabağda dalğalanır. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəman hərbçiləri öz cəsarəti ilə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə buna nail oldular.

Son xəbərlər

Həftəsonu Bakı və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Polis 61 nəfəri saxladı

Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

“Milli Ordumuz Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə bərpa etdi” - Kamaləddin Qafarov

Niderland Tunis millisini məğlub etdi

Kim Çen In modernləşdirilmiş silah sistemlərinin sınaqlarını izlədi

“Azər Türk Bank”ın şəhid əməkdaşı ordenlə təltif edildi

Şanlı tarixdən Böyük Zəfərə aparan ordu

Azərbaycan neftinin qiyməti 1 %-dən çox artıb

Xankəndi şəhərində hərbçilərin yürüşü keçirilir

Mehriban Əliyeva 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib

Prezidentin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Burlaxatunun əkiz bacısı da yüksək bal toplayıb

DÇ-2026: Türkiyə mundialı qələbə ilə başa vurub

Alnına buts dəysə də, sarğı ilə oyuna geri döndü - Foto

"Renault" 2027-ci ilədək 800 mühəndisi ixtisar edəcək

İtaliya və Fransa Livana dəstək koalisiyası yaradacaq

Hər şey dağıla bilir sevgidən başqa... - Fotolar

Leyla Əliyevanın təşəbbüsü ilə Dübəndi yaşayış sahəsində təmizlik aksiyası təşkil edilib - FOTOLAR

Səkkiz gün əvvəl qızıl medal qazanan cüdoçumuz dünyasını dəyişdi

Alıcan İsgəndərli : DANIŞIĞI BİTİRDİ - FOTO

Prezidentin sosial şəbəkə hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib - Foto

Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi (FOTO)

Maaşı artırıldı, serialdan ayrılığı qısa çəkdi - FOTO

Hicran Fuad Əhmədli : Gecənin Gözləri - FOTO

"Delikanlı"dan sonra bu seriala çəkilir - FOTO

Yazıçı-publisist Nəhayət Şirinovanın Vətən Müharibəsi Qəhrəmanına həsr olunmuş növbəti "Mehrab Dastanı" adlı kitabı işıq üzü görüb - FOTOLAR

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930